
Bu gün saat 04:30 radələrində M. Nəcəfovun idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili Bakı–Quba yolunun 16-cı kilometrində hərəkətdə olarkən texniki nasazlıq səbəbindən yük yeri açılaraq körpüyə çırpılıb.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Hadisə yerində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və digər nəqliyyat vasitələri üçün yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.
"Qəza nəticəsində hərəkət hissəsində qalan yük avtomobili operativ şəkildə yoldan kənarlaşdırılıb və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.