Bu gün, 14:49 117

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.

Belə məlumatlar var ki, Ramiz Mehdiyev növbəti məhkəmə iclasında da iştirak etməyə bilər.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir. Onun iştirakı olmadan işə baxılmasına yalnız iki müstəsna halda yol verilir:

"Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda işə onun iştirakı olmadan baxıla bilər. Digər istisna isə böyük ictimai təhlükə törətməyən cinayət işlərinə aiddir. Belə işlərdə təqsirləndirilən şəxs öz iştirakı olmadan məhkəmə baxışının keçirilməsi barədə vəsatət verə bilər. Bununla belə, onun iştirak etməməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmamalıdır".

Əliməmməd Nuriyev qeyd edib ki, Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin hüquqi nəticələri də konkret səbəblər qiymətləndirildikdən sonra müəyyənləşdiriləcək:

"Sağlamlıq vəziyyəti ilə bağlı əsaslı maneə kimi üzrlü səbəb varsa, məhkəmə bunu qiymətləndirərək iclası təxirə sala bilər. Üzrlü səbəb olmadan gəlmədikdə isə onun məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. Həmçinin qanunda nəzərdə tutulan əsaslar olduqda barəsində qətimkan tədbiri seçilə və ya mövcud qətimkan tədbiri daha ağır tədbirlə əvəz edilə bilər".

Hüquqşünas vurğulayıb ki, iclasa gəlməmək avtomatik olaraq işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması və ya qətimkan tədbirinin dərhal ağırlaşdırılması demək deyil:

"Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir".

Paylaş

Xəbər lenti

"Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Bu gün, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Bu gün, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Bu gün, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Bu gün, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Bu gün, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Bu gün, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Bu gün, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Bu gün, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Bu gün, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Bu gün, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Bu gün, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Bu gün, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Bu gün, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Bu gün, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Bu gün, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Bu gün, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Bu gün, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Bu gün, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 18:48 Bu deputatın mandatı ləğv edildi Bu gün, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Bu gün, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Bu gün, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Bu gün, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Bu gün, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Bu gün, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Bu gün, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Bu gün, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Bu gün, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Bu gün, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Bu gün, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Bu gün, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Bu gün, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Bu gün, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Bu gün, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Öskürək zamanı bu iki qidadan uzaq durmaq tövsiyə olunur Bu gün, 16:48 Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 16:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib Bu gün, 16:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Sentyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 "Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir Bu gün, 15:48 Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan və Yunanıstan turizm sahəsində 3 illik fəaliyyət planı imzalayıb Bu gün, 15:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı Bu gün, 15:48 Yaşar Gülər: Sülhü qorumaq üçün müharibəyə hazır olmalıyıq Bu gün, 15:48 57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək Bu gün, 15:48 Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da Bu gün, 15:48 Yeniyetmə oğlan infarktdan öldü Bu gün, 14:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR