Bu gün, 16:48 61

Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi

Fransanın PSJ klubunda çıxış edən gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması ilə nəticələnən zədəsindən sonra ilk dəfə açıqlama verib.

AVESTA.AZ xəbər verir ki, 24 yaşlı hücumçu zədəsini UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Barselona" ilə keçirilən oyunda alıb.

PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada futbolçunun sağ dizinin ön çarpaz bağının qopduğu müəyyənləşib.

Kvaratsxeliya sosial şəbəkə hesabında paylaşım edərək yaşadığı məyusluğu dilə gətirib. O, hər oyundan əvvəl meydanı sağlam tərk etmək üçün Allaha dua etdiyini bildirib.

"Çoxları məndən soruşurdu, bəziləri isə belə düşünürdü ki, əgər dünyadakı bütün futbolçular dua etsəydilər, hər oyun heç-heçə ilə başa çatardı. Bəlkə də, elədir. Ancaq mən hər matçdan əvvəl meydanı sağlam tərk etmək üçün Allaha dua edirdim. Təəssüf ki, bu dəfə dualarım nəticəsiz qaldı.

Çox vaxt keçməyib, amma bir sual hələ də beynimdən çıxmır: niyə məhz mən?

Heç vaxt özümə yazığım gəlməyib. Əksinə, düşünürəm ki, bu oyuna bəlkə də əvvəlki bütün matçlardan daha yaxşı hazırlaşmışdım. Hər şeyə hazır olduğumu düşünürdüm, amma bunun baş verəcəyini gözləmirdim.

Bununla belə, anlayıram ki, yaradan məni seçib. Əgər mənim bu zədəmi yaşamağım sayəsində meydandakı digər futbolçular zədədən qorunublarsa, qarşıdakı aylar ərzində məni gözləyən ağır məşqlərə, ağrıya və göz yaşlarına dözməyə hazıram.

Bilirəm ki, daha güclü qayıtmalıyam. Həmişə yanımda olan insanlar naminə bunu etməliyəm. Sizi məyus etməyəcəyəm, əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Tezliklə görüşənədək", – deyə futbolçu yazıb.

Qeyd edək ki, ön çarpaz bağın qopması futbolçuların uzun müddət yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilən ciddi zədələrdəndir. Kvaratsxeliyanın nə vaxt sıraya dönəcəyi ilə bağlı isə əlavə məlumat verilməyib.

Paylaş

Xəbər lenti

Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR