Bu gün, 13:48 68

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Ardanış kəndi haqqındadır.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ardanış kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 119 nəfər yaşayıb.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 389 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 602 nəfər yaşayıb.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 788 nəfər yaşayıb.

1909-cu ilə olan Qafqaz təqvimi:

1906-cı ildə kənddə 1000 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 1000 nəfər yaşayıb.

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 1043 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1916-cı ilə olan Qafqaz təqvimi:

1915-ci ildə kənddə 1209 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Ardanış əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqda məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Kənd 1930-cu ildən Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.

Erməni mənbələrinin məlumatına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 1138 nəfər yaşayıb.

1926-cı ildə kənddə 1237 nəfər yaşayıb, onlardan 1235 nəfəri azərbaycanlı olub.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 1246 nəfər yaşayıb.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 1417 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 2034 nəfər yaşayıb.

1979-cu ildə kənddə 2037 nəfər yaşayıb.

1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 144 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan iki azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 27 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ardanış ilə bağlı 26 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Paylaş

Xəbər lenti

"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48 Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq Bu gün, 12:48 Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib Bu gün, 12:48 Yardımlıya yeni icra başçısı təyin edilib Bu gün, 12:48 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib Bu gün, 12:48 Azərbaycanda startaplar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qaldırılıb - FƏRMAN Bu gün, 12:48 Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib Bu gün, 12:48 Prezidentin Yardımlıya yeni icra başçısı təyin etdiyi Orxan Məmmədov kimdir? - DOSYE Bu gün, 12:48 Bakıda və rayonlarda yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya ediləcək - Bu tarixədək... Bu gün, 12:48 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Azeri Light neftinin qiyməti 119,7 dollara yüksəldi Bu gün, 11:48 "BakuBus"ın daha bir sürücüsü avtobusu sürməkdən İMTİNA ETDİ Bu gün, 11:48 Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır Bu gün, 11:48 ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib Bu gün, 11:48 2 yaşlı qız su kanalında boğularaq ölüb Bu gün, 11:48 Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" Bu gün, 11:48 Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib Bu gün, 11:48 Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb Bu gün, 11:48 Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib Bu gün, 11:48 Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ Bu gün, 11:48 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR