
Slovakiya PHP proqramlaşdırma dilindəki kritik zəiflik səbəbindən bir neçə dövlət veb saytını müvəqqəti olaraq deaktiv edib, hakerlər bu zəiflikdən kiberhücumlar həyata keçirmək üçün istifadə edə bilərlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, veb saytların deaktiv edilməsi əmri hökumət ofisindən Milli Kiber Təhlükəsizlik İdarəsinin tövsiyəsi əsasında verilib.
Xüsusilə, Slovakiya Daxili İşlər Nazirliyinin rəsmi saytı artıq əlçatan deyil. Oxşar tədbirlər qonşu Çexiyada da görülüb, burada Praqadakı Vatslav Havel Beynəlxalq Hava Limanının veb saytına giriş qismən məhdudlaşdırıb.
PHP tərtibatçıları proqramın zəifliyi barədə 20 oktyabrda məlumat verib və təhlükəsizlik yeniləməsini yayımlayıblar.
Məlumatlara görə, cinayətkarlar artıq PHP ilə işləyən veb serverlərdə uzaqdan komandaların icrasına imkan verən zəiflikdən istifadə etməyə çalışırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.