Bu gün, 20:48 49

Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat keyfiyyətinə doğru" şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir", - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. "Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır", – deyə o əlavə edib.

Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.

Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib: "Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq".

Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır", – deyə Leyla Əliyeva bildirib.

Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.

Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Bu gün, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Bu gün, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Bu gün, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Bu gün, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Bu gün, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Bu gün, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Bu gün, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Bu gün, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Bu gün, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Bu gün, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Bu gün, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Bu gün, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Bu gün, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR