
Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" matçının vaxtı dəyişdirilib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.
Oktyabrın 24-nə təyin olunan qarşılaşma bir gün sonraya - oktyabrın 25-nə keçirilib. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Qərar həftəsonu Tuluza şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə əlaqədar qəbul edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.