
Pekin artıq əlverişli şəraitdə Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tuta biləcək Rusiya, ABŞ və Çin arasında mümkün görüşün hazırlığı ilə məşğuldur.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
"Çinli dostlarımız, APEC sammitinin ev sahibləri bununla məşğul olacaqlar, daha doğrusu, artıq onun hazırlığı ilə məşğuldurlar və əlverişli şərait yarandıqda bizim çinli dostlarımız, əlbəttə ki, bu görüşü Şençjendəki tədbirlər proqramına daxil edəcəklər", - Uşakov deyib.
Onun sözlərinə görə, üçtərəfli sammitin keçirilməsi imkanı Rusiya Prezidenti Vladimir Putinin və ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoffun görüşü zamanı müzakirə olunub. Bununla yanaşı, Rusiya Prezidentinin köməkçisinin qeyd etdiyi kimi, üç paytaxtdan heç biri bu ideyanı rədd etmir.
Üçtərəfli danışıqların mümkün gündəliyindən danışan Uşakov əlavə edib ki, Rusiya tərəfi bir sıra praktiki mülahizələr irəli sürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.