
Bakının Suraxanı rayonunda küçə itlərinin çoxluğu sakinlər üçün problemə çevrilib.
Bu barədə vətəndaşlar AVESTA.AZ-in "qaynar xətti"nə müraciətlərində bildiriblər.
Sakinlərin sözlərinə görə, Hövsan Yaşayış Kompleksinin MİDA-1 ərazisində küçə itlərinin çox olması, xüsusilə yaşlı insanlar və məktəblilər arasında narahatlıq yaradır. Onlar itlərdən qorxduqları üçün ərazidə hərəkət edərkən çətinlik çəkirlər.
Vətəndaşlar problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin indiyədək heç bir nəticə əldə olunmadığını bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.