Bu gün, 18:48 115

Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb

Bakıda birlikdə kirayədə yaşadığı şəxsi qətlə yetirməkdə və meyitini hissələrə ayıraraq müxtəlif ərazilərə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid H.S. təqsirləndirilən şəxsləri tanıdığını, 2015-ci ildən onlarla birlikdə kirayədə yaşadığını bildirib:

"İsgəndər (qətlə yetirilən şəxs - red.) çox nizamlı insan idi. Səliqəyə və təmizliyə xüsusi önəm verirdi. Buna görə də Fazillə arasında otağın yığışdırılması üstündə tez-tez mübahisələr yaranırdı. Hadisə günü mən rayonda idim, axşamtərəfi Bakıya qayıtdım. Rayona gedəcəyimi otaq yoldaşlarıma bir neçə gün əvvəl demişdim. Yolda olarkən Fazil mənə zəng edib nə vaxt gələcəyimi soruşdu. Qarnının bərk ağrıdığını, sancılandığını dedi və gələndə ona dərman almağımı istədi".

Şahidin sözlərinə görə, yaşadığı ünvana qayıdanda ev sahibəsi ona Fazilin səhər tezdən böyük torbalarla evdən çıxdığını deyib:

"Otağa girəndə heç bir qoxu hiss etmədim. Ətrafa baxanda İsgəndərin çantasının yerində olmadığını gördüm. Fazil evə gec gəldi. Gəlib yerində uzandı, telefonuna baxmağa başladı. İsgəndərin harada olduğunu soruşdum. Dedi ki, qardaşı xəsarət alıb, ona görə rayona gedib".

Şahid daha sonra mərhumun adından ona mesaj göndərildiyini bildirib:

"Səhər işdə olarkən İsgəndərin adından mənə mesaj gəldi. Yazılmışdı ki, evdən çıxır, bunu ev sahibəsinə xəbər verim. Sonra maaşını alıb ona göndərməyimi istədi. Mən də pulu alıb karta göndərdim. Sonradan istintaq zamanı həmin mesajları Fazilin yazdığını öyrəndim. İsgəndərin öldürüldüyünü isə polisə çağırılanda bildim".

Məhkəmədə ifadə verən digər şahid A.A. da təqsirləndirilən şəxslərlə birlikdə kirayədə yaşadığını deyib:

"Biz ay yarım bir yerdə kirayədə qalmışıq. Fazillə İsgəndər arasında həmişə evin təmizliyi üstündə mübahisə olurdu. Bəzən onların otağından söyüş və dava səsləri eşidirdim. Hadisə günü işdən axşam saat 9-10 radələrində evə qayıtmışdım".

Məhkəmənin növbəti iclası noyabrın 18-i saat 14:30-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də paytaxtın Nəsimi rayonunda 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaq materiallarına əsasən, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah məqsədilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatdığı zaman qətlə yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, bundan sonra Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan paketlərə yığıb, Ağsu rayonuna apararaq müxtəlif yerlərə atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanılıb.

Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

"BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR