Bu gün, 11:48 53

Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxsin cinayət işi üzrə qəbul olunub. Ali Məhkəmə işin hallarına hüquqi qiymət verərək məhkumun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edib və cəzasını 1 il 6 aya endirib.

Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşı tərəfindən ailə-məişət münasibətləri zəminində fiziki və mənəvi zorakılığa məruz qalıb. Müxtəlif vaxtlarda qadına əl və ayaq zərbələri endirilib, kəsici alətlə xəsarətlər yetirilib, nəticədə onun sağlamlığına yüngül və az ağır zərər vurulub. Qadının həyat yoldaşı onun müstəqil qərar qəbul etmək hüququnu tanımayıb, öz icazəsi olmadan hər hansı addım atmasını yolverilməz hesab edib. Qızının davamlı zorakılığa məruz qalması və ailədə sərbəst qərar vermək imkanlarının məhdudlaşdırılması atasının kürəkənindən ciddi narazılığına səbəb olub.

2024-cü il yanvarın 18-də qadın yaşadığı evdə yenidən əri tərəfindən döyülüb. Nəticədə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və digər xəsarətlər alıb. Zorakılıqdan xilas olmaq istəyən qadın azyaşlı uşağı ilə birlikdə evdən qaçaraq yaxınlıqdakı mağazada gizlənib və atasından kömək istəyib. Ata qızını və nəvəsini öz evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib.

Lakin kürəkən həyat yoldaşının evdən getməsini qəbul etməyərək həmin gün qayınatasının yaşadığı evə gəlib. Burada aqressiv davranıb, onu sakitləşdirməyə çalışan şəxslərə qarşı da zorakılıq nümayiş etdirib. Hadisə barədə məlumat alan qayınata xəstəxanadan evə qayıdaraq kürəkənini söhbətə dəvət edib. O, qızına qarşı davamlı zorakılığın və onun evdən getməsinə aqressiv etirazının səbəblərini aydınlaşdırmağa çalışıb. Lakin kürəkən qayınatasına kobud münasibət göstərərək qızını döyməsi ilə bağlı "yaxşı edirəm, döyürəm" deyə cavab verib. Bundan sonra ona şillə vurub, gödəkcəsində gizlətdiyi mətbəx bıçağını çıxararaq hücum edib və baş nahiyəsinə xəsarət yetirib.

Qarşıdurma zamanı kürəkənin ilişərək yıxılmasından istifadə edən qayınata bıçağı onun əlindən alıb. Buna baxmayaraq, kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Qayınata isə əlindəki bıçaqla kürəkəninə dörd xəsarət yetirib. Xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması nəticəsində kürəkən kəskin qanitirmədən həyatını itirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2026-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Aşağı instansiya məhkəmələri hesab ediblər ki, qayınata bıçağı kürəkəninin əlindən aldıqdan sonra onun həyatı üçün təhlükə aradan qalxıb və bundan sonra bıçaq zərbələrinin endirilməsi qəsdən adam öldürmə cinayətinin tərkibini yaradıb. Müdafiə tərəfi isə şəxsin özünü real hücumdan müdafiə etdiyini bildirərək əməlin Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməsi tələbi ilə kassasiya şikayəti verib.

Ali Məhkəmənin Cinayət Kollegiyası isə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağı instansiya məhkəmələrinin əməlin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticəni düzgün hesab etməyib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılan iş üzrə qəbul edilən qərarda qeyd edilib ki, zəruri müdafiə hüququ şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli qəsddən qorumaq məqsədilə hücum edənə zərər vurmasına imkan verir. Bu hüquq yalnız hücumdan yayınmaq və ya passiv müqavimət göstərməklə məhdudlaşmır.

Ali Məhkəmə vurğulayıb ki, hücuma məruz qalan şəxsdən hadisənin bütün təfərrüatlarını soyuqqanlılıqla qiymətləndirməsi və müdafiə tədbirlərinin sərhədlərini dəqiqliklə müəyyən etməsi tələb edilə bilməz. Zəruri müdafiə vəziyyəti qiymətləndirilərkən hücumun xarakteri və təhlükəlilik dərəcəsi, tərəflərin fiziki imkanları, istifadə olunan vasitələr, hadisənin başvermə şəraiti, eləcə də müdafiə olunan şəxsin qorxu, təşviş və həyəcan vəziyyəti nəzərə alınmalıdır.

Kassasiya instansiyası müəyyən edib ki, hadisə zamanı ilkin ictimai təhlükəli hücum məhz kürəkən tərəfindən həyata keçirilib. O, qayınatasına fiziki zorakılıq göstərib, bıçaqla hücum edərək xəsarət yetirib. Ali Məhkəmənin qənaətinə görə, qayınatanın bıçağı kürəkəninin əlindən alması hücumun avtomatik olaraq başa çatması anlamına gəlmirdi.

Belə ki, kürəkən bıçağı itirdikdən sonra da zorakılıq niyyətindən əl çəkməyib, təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Onun qayınatasından cavan, fiziki cəhətdən daha güclü və cüssəli olması, idmanla məşğul olması da nəzərə alınıb. Bundan başqa, mərhumun əlinin üç barmağında aşkar edilmiş kəsilmiş yaralar qarşıdurmanın bıçağa nəzarət uğrunda fiziki mübarizə şəraitində baş verdiyini göstərən sübutlardan biri kimi qiymətləndirilib.

Ali Məhkəmə bildirib ki, ictimai təhlükəli qəsdin başa çatıb-çatmadığı yalnız bıçağın bir şəxsin əlindən digərinə keçməsi ilə deyil, hadisənin bütün şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, qayınata real və davam edən ictimai təhlükəli hücuma məruz qalıb və özünü müdafiə etmək məqsədilə hərəkət edib. Bununla yanaşı, qayınatanın kürəkəninə bıçaqla dörd xəsarət yetirməsi, həmin xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması və nəticədə ölümün baş verməsi müdafiə tədbirlərinin mövcud təhlükənin dəf edilməsi üçün zəruri olan həddi aşdığını göstərib.

Kassasiya instansiyası vurğulayıb ki, müdafiə həddinin aşılması şəxsin ümumiyyətlə hücuma məruz qalmadığını və özünü müdafiə etmədiyini göstərmir. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə ilə adi qəsdən adam öldürmə arasındakı mühüm fərq ondan ibarətdir ki, birinci halda şəxs real ictimai təhlükəli qəsddən müdafiə məqsədilə hərəkət edir, lakin tətbiq etdiyi müdafiə tədbirləri hücumun xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmir.

Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri bu fərqi və hadisənin faktiki hallarını tam nəzərə almayaraq əməlin hüquqi tövsifində səhvə yol veriblər. Buna görə də məhkumun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə – zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə tövsif edilib.

Ali Məhkəmə cəza təyini zamanı şəxsin cinayət törətdikdən sonra könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsini, təqsirini etiraf etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini, əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmişin hüquqi varisi ilə barışmasını yüngülləşdirici hallar kimi nəzərə alıb.

Cəzanı ağırlaşdıran hər hansı halın olmadığı da müəyyən edilib.

Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyası və 60.1-ci maddəsinin tələbləri nəzərə alınaraq məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzaçəkmə müddətinin 18 yanvar 2024-cü il tarixdən hesablanması nəzərə alınaraq şəxs cəzasını çəkmiş hesab edilib və məhkəmə iclas zalından dərhal azad olunub.

Paylaş

Xəbər lenti

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Azeri Light neftinin qiyməti 119,7 dollara yüksəldi Bu gün, 11:48 "BakuBus"ın daha bir sürücüsü avtobusu sürməkdən İMTİNA ETDİ Bu gün, 11:48 Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır Bu gün, 11:48 ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib Bu gün, 11:48 2 yaşlı qız su kanalında boğularaq ölüb Bu gün, 11:48 Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" Bu gün, 11:48 Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib Bu gün, 11:48 Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb Bu gün, 11:48 Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib Bu gün, 11:48 Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ Bu gün, 11:48 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48 Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər Bu gün, 08:48 Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu Bu gün, 08:48 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu Bu gün, 08:48 Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR