
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib.
BAKU.WS xəbər verir ki, "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özüdür.
O, bununla bağlı təqdimetmə mərasimində danışıb:
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam".
Prezident İlham Əliyev öz növbəsində Xalq rəssamının fikirlərini təsdiqləyib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.