
Türkiyədə daş kömür mədənində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömüründə yaşanıb.
Nəticədə üç fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.
Hazırda, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.