
Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasından zorakılıq iddialarına cavab verilib.
Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə AVESTA.AZ-ə açıqlamasında bildirib ki, həmin işçi işdən çıxarılıb və bununla bağlı şikayətə hüquqi qiymət verilib.
*** 15:25
Paytaxtda bağçalardan birində uşaqların zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə AVESTA.AZ-in "Qaynar xətti"nə şikayət daxil olub.
Kadrlar Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Valideyn iddia edib ki, bağçadakı uşaqlar kameralar olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.
Şikayətçi bu zorakılığı məktəb direktorunun etdiyini də iddia edib.
Valideynin sözlərinə görə, uşaqları döyən bu qadın barədə bir neçə dəfələrlə şikayət edilib, lakin o hələ də uşaqları döyərək işləməyə davam edir.
Şikayətdə həmçinin qeyd edilib ki, bağçadan çıxarılan uşaqlar hazırda pisixoloji dəstək alır.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı polis araşdırma aparır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.