Bu gün, 19:48 119

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib.

Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov bildirib ki, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi üzrə xidmət haqqı tariflərinin yuxarı həddi müvafiq olaraq iki və 1.5 dəfə azaldılıb.

Banklararası Kart Mərkəzində emal olunan əməliyyatlar üzrə də xidmət haqları müəyyən edilib. Bu tariflər Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin iştirakçılarına, o cümlədən banklara, operatorlara və digər qurumlara şamil olunur. Müvafiq tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Yeni xidmət haqlarının vətəndaşlara kartdan-kartda ödənişlərdə təsir edib-etməyəcəyi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, dəyişikliklər birbaşa qurumla banklar və digər maliyyə təşkilatları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: "Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq".

Bəs yeni tariflər bankların daxili komissiya siyasətinə və vətəndaşların kartdan-karta pul köçürmələri üzrə xərclərinə necə təsir göstərəcək? Banklar əlavə xərcləri öz vəsaitləri hesabına qarşılayacaqlar, yoxsa komissiya tariflərində də dəyişikliklər gözlənilir?

BAKU.WS "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.

Vahid tarif cədvəli yaradılır

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Bank eksperti Emin Kərimov deyir ki, yeni tariflər ekvayrinq xidməti göstərən və əməliyyatların icrasında iştirak edən tərəflər arasında xidmət haqlarının tənzimlənməsinə yönəlib. Onun sözlərinə görə, əsas məqsəd vahid tarif cədvəlinin yaradılmasıdır.

"A kartından B kartına və ya bir bankdan digərinə pul köçürülməsi qısa müddətdə həyata keçirilsə də, bu prosesdə bir çox qurum və struktur iştirak edir. Əməliyyat zəncirində iştirak edən tərəflərin hər birinin öz xidmət dəyəri var. Bu zəncirdə qiymətlərin süni şəkildə artmasının, tariflərdə pərakəndəliyin və qeyri-müntəzəmliyin qarşısını almaq üçün Mərkəzi Bank vahid tarif cədvəli müəyyən edib. Nəticədə bu sistemlərdən istifadə edən banklar müvafiq xidmət haqlarını əvvəlcədən biləcək və pul köçürmələrinin maya dəyərini hesablayarkən həmin tarifləri nəzərə alacaqlar".

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Bankların yanaşması fərqli ola bilər

E.Kərimovun fikrincə, yeni tariflərin müştərilərə təsiri bankların bazardakı davranışından asılı olacaq. O hesab edir ki, iri banklar əlavə xərcləri öz əməliyyat gəlirləri hesabına qarşılaya, kiçik banklar isə müəyyən əməliyyatlar üzrə komissiya tətbiq edə bilərlər.

"Burada əsas məsələ, ilk növbədə, müştəri məmnuniyyətini qorumaq, eyni zamanda rəqabətə tab gətirməkdir. İri banklar əlavə xərcləri öz gəlirləri hesabına qarşılamağa üstünlük verə bilərlər. Müştəri portfeli daha kiçik olan banklarda isə bu xərclər daha çox hiss olunacaq. Buna görə də həmin banklar müəyyən əməliyyatlar, xüsusilə ikinci və üçüncü köçürmələr üzrə komissiya və ya faiz tətbiq edə bilərlər".

Yeni tariflərin effektivliyini qiymətləndirmək üçün vaxt lazımdır

Ekspert bildirir ki, yeni tariflərin effektivliyini qiymətləndirmək üçün müəyyən vaxt tələb olunur. Bazarın reaksiyası əməliyyatların həcmi və təyinatı, eləcə də bankların bazardakı payı kimi bir sıra amillərdən asılıdır.

"Bu proses aylarla, hətta bir-iki il və ya daha uzun müddət davam edə bilər. Bazarın gedişatını müşahidə etdikdən sonra tariflərin nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək mümkün olacaq. Bundan sonra bəzi tariflərin azaldılması, digərlərinin isə artırılması məsələsinə yenidən baxıla bilər. Tariflərin bazara və müştərilərə təsiri qaydalar qüvvəyə mindikdən sonra bazar iştirakçılarının davranışları əsasında qiymətləndirilə biləcək. Bu təsirlər əməliyyatların həcminin azalması, minimum əməliyyat məbləğinin müəyyənləşdirilməsi, bankın öz hesabları arasında köçürmələrə tarif və ya komissiyaların tətbiqi formasında özünü göstərə bilər".

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Nəticə bankların tarif siyasətindən asılı olacaq

Bank eksperti İsmayıl Məmmədov bildirir ki, yeni tariflər vətəndaşların kartlarından tutulan komissiyalar deyil. Söhbət bankların və ödəniş təşkilatlarının kartdan-karta (C2C) əməliyyatları üzrə banklararası hesablaşmalar və ödəniş infrastrukturu mərhələsində ödədikləri xidmət haqlarından gedir.

Onun sözlərinə görə, yeni qaydalar əvvəlki dövrdə banklar arasında fərqli yanaşmaların mövcud olduğu bu sahədə daha vahid və şəffaf tarif çərçivəsi yaradır.

"Əsas fərq banklararası C2C hesablaşmaları üçün vahid tarif çərçivəsinin müəyyən edilməsidir. Bu, banklara infrastruktur xərclərini əvvəlki kimi qeyri-müəyyən şəkildə deyil, daha standart qaydada hesablamağa imkan verir. Yeni tariflərin tətbiqi avtomatik olaraq vətəndaşlar üçün köçürmələrin bahalaşması demək deyil. Yekun nəticə bankların tarif siyasətindən asılı olacaq".

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Bazarda rəqabət güclü olarsa...

İ.Məmmədovun fikrincə, banklar əlavə xərcləri öz üzərlərinə götürə və ya onları müştərilərdən tutulan komissiyalarda nəzərə ala bilərlər. Bu seçim bankların maliyyə imkanlarından və rəqabət mühitindən asılı olacaq.

"Əgər bank üçün maliyyə yükü azalarsa və bazarda rəqabət güclü olarsa, bunun müştərilərə daha aşağı komissiya kimi yansıması gözlənilə bilər. Əks halda, bank əlavə xərcləri və ya gəlir itkisini müştəri tariflərinə daxil edəcək. Komissiyalar artırılarsa, kartdan-karta tez-tez pul köçürən vətəndaşların gündəlik xərcləri də artacaq. Komissiyalarda dəyişiklik olmazsa, xüsusilə kiçik məbləğli köçürmələrdə ciddi fərq yaranmayacaq".

Ekspert hesab edir ki, komissiyaların artması vətəndaşların alternativ ödəniş vasitələrinə marağını da gücləndirə bilər.

"İstifadəçilər daha sərfəli seçim kimi rəqəmsal cüzdanlara, eləcə də ödəniş tətbiqlərinə üz tutacaqlar. Amma ümumilikdə yeni tariflərin tətbiqi avtomatik olaraq vətəndaşlar üçün bahalaşma demək deyil".

Paylaş

Xəbər lenti

Kartdan-karta pul köçürənlərə vacib xəbər Bu gün, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Bu gün, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Bu gün, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Bu gün, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Bu gün, 18:48 57 yaşlı müğənni vəfat etdi Bu gün, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Bu gün, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Bu gün, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48 Xəbərdarlıq: Leysan yağacaq, şimşək çaxacaq Bu gün, 14:48 Abşeron Gənclər şəhərciyində yolu su basıb Bu gün, 14:48 Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar Bu gün, 13:48 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Bu gün, 13:48 77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi Bu gün, 13:48 Hamamda elektrik cərəyanı vurub öldürdü Bu gün, 13:48 Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək Bu gün, 13:48 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur Bu gün, 12:48 "MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB Bu gün, 12:48 Azərbaycan XİN İordaniyaya başsağlığı verib Bu gün, 12:48 Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir Bu gün, 12:48 DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb Bu gün, 11:49 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar" Bu gün, 11:49 Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər Bu gün, 11:48 Avropa etirazlar dalğasında: "Qoca qitə"ni nə gözləyir? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR