Dünən, 09:48 82

"Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 12 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda "Report"un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

"Report" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda "Report"un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri və Balkan ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

"Report" daim beynəlxalq əlaqələrini genişləndirir. Belə ki, agentlik Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi, Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 21 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

"Report" mütəmadi olaraq irimiqyaslı beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Agentlik həmçinin sosial mediada da geniş auditoriya toplayıb. Hazırda "Report"un bütün əsas platformalarda rəsmi səhifələri fəaliyyət göstərir.

Son illər "Report" İnformasiya Agentliyi həmçinin sənədli film istehsalında da öz sözünü deməkdədir. Agentliyin ərsəyə gətirdiyi "Parabüzən" sənədli filmi və "Xocalı. Son toy..." və "Vətən daşı" sənədli filmi tamaşaçılar arasında xüsusi rəğbət qazanıb.

İdarəetmənin beynəlxalq standartlara cavab verməsi agentliyin prioritetlərindəndir. Bu baxımdan "Report" İnformasiya Agentliyinin ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarını alması buna nümunədir.

AVESTA.AZ kollektivi olaraq "Report"dakı əməkdaşları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Paylaş

Xəbər lenti

Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR