
Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,01 dollar və ya 0,8% artaraq 127,6 dollara çatıb.
Hərraclarda "Brent" markalı neftin dekabr fyuçersləri 127,97 dollara satılıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli isə 1,51 dollar və ya 1,31% bahalaşaraq 116,4 dollar olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib. Bu markalı neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil olunur. Layihədə SOCAR-ın payı 35,3%-dir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.