
Mütəmadi mədə göynəməsi, xüsusilə 50 yaşdan sonra, ürək-damar sistemi ilə bağlı problemlərin əlaməti ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Neçitaylo xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, mütəxəssisə müraciət etməzdən əvvəl mədə göynəməsini nə qədər tez-tez baş verdiyini, hansı qidaların bu vəziyyəti yaratdığını və hansı dərmanların qəbul edildiyini qeyd etmək faydalıdır.
Gecələr mədə göynəməsi yaşayan şəxslərə yatmazdan 2-3 saat əvvəl yemək yeməyi dayandırmaq və yatağın baş hissəsini bir qədər hündür saxlamaq tövsiyə olunur. Artıq çəkisi olan insanlarda tədricən çəki azaltmaq da simptomları yüngülləşdirə bilər.
Həkim sinə nahiyəsində güclü ağrı, nəfəs darlığı və soyuq tər kimi əlamətlərə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Bu simptomlar ürəklə bağlı problemdən qaynaqlana bilər. Belə hallarda dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Qeyd edək ki, mədə göynəməsi çox vaxt həzm sistemi ilə əlaqəli olsa da, ürək tutması da bəzən yanma və ya həzmsizlik hissi ilə özünü göstərə bilər. Buna görə də xüsusilə təhlükəli simptomlar yarandıqda tibbi yardımı gecikdirmək olmaz.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.