
Abşeron rayonunda 10 yaşlı uşağı avtomobil vurub.
“Report”un məlumatına görə, 2013-cü il təvəllüdlü Məmmədzadə Dünya Emin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.