25-02-2023, 18:15 606

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

“Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq”.

“Report” xəbər verir ki, bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri münasibətlərdə yeni səhifə açmağa və regionda sülh dövrünə başlamağa hazır olduqlarını bəyan etdikdən sonra bu məsələdə beynəlxalq vasitəçiliyin artırılmasının vaxtı çatıb.

“Birincisi, bu, cəzasızlıq və sükuta son qoymaq, Xocalıya ədaləti bərpa etmək üçün vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilməlidir. Həmçinin hər iki ölkənin icmalarına tanınma, dialoq və yekun barışıq yolu ilə nifrət və inamsızlığın aradan qaldırılmasında kömək etmək lazımdır”, - A.Stanqo bildirib.

O, Xocalıda törədilən kütləvi qırğından danışaraq qeyd edib ki, burada baş verənlərə dair beynəlxalq səviyyədə tanınmış sübutlar var.

“Human Rights Watch” və “Memorial” təşkilatı baş verənlər barədə daha çox faktı sənədləşdirib, o cümlədən HRW baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması adlandırıb. Buraya mülki əhalinin daha sonra Ermənistanın rəsmi mənbələri tərəfindən dəhliz adlandırılan yoldan qaçarkən güllələnməsinə dair sübutlar da daxildir”, - o söyləyib.

“Bu gün bura həmrəylik əlaməti olaraq - əzizləri ilə bərabər insan nifrətinin qurbanlarının xatirəsini ehtiramla yad etmək və günahsız ruhlarını yad etmək tutmaq üçün toplaşmışıq”, - Federasiya prezidenti bildirib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı: Barışıq üçün tanıyın” (“Khojaly: Reconcile to Recognize Coalition”) beynəlxalq koalisiyasının nümayəndələri Xocalı ilə Ağdam arasında yerləşən və qaçmağa cəhd edən yüzlərlə dinc xocalılının öldürüldüyü “Ölüm dəhlizi”nə baş çəkiblər.

Paylaş

Xəbər lenti

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR