Bu gün, 14:48 48

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

TƏBİB tərəfindən təcili tibbi yardım xidmətinin operativliyinin və keyfiyyətinin artırılması, çağırışların idarə olunmasının təkmilləşdirilməsi məqsədilə müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə yeni çağırış idarəetmə sistemi hazırlanıb və hazırda tətbiq mərhələsindədir. Sistem çağırışların vahid platforma üzərindən idarə olunmasına, ünvanların xəritə üzərində müəyyənləşdirilməsinə, təcili tibbi yardım briqadalarının real vaxt rejimində izlənilməsinə və çağırışlara daha operativ yönləndirilməsinə imkan verəcək.

Təcili tibbi yardım briqadaları planşetlərlə təchiz olunacaq

Yeniliklərdən biri də təcili tibbi yardım briqadalarının planşetlərlə təchiz olunmasıdır. TƏBİB-dən verilən məlumata görə, planşetlər vasitəsilə çağırışların elektron qaydada qəbulu, pasiyentin sağlamlıq vəziyyəti, müayinə nəticələri və göstərilən tibbi yardım barədə məlumatların birbaşa hadisə yerində elektron sistemə daxil edilməsi təmin olunacaq. Bu, tibbi sənədləşmənin rəqəmsallaşdırılmasına, məlumatların operativ ötürülməsinə və tibbi xidmətin davamlılığının gücləndirilməsinə şərait yaradacaq. Planşetlər vasitəsilə teletibbi konsultasiyaların aparılması da nəzərdə tutulur. Mürəkkəb klinik hallarda təcili tibbi yardım briqadaları müvafiq ixtisaslı həkimlərlə məsafədən konsilium keçirə biləcək. Bu imkan pasiyentlərin vəziyyətinin daha operativ qiymətləndirilməsinə və zəruri tibbi qərarların vaxtında qəbuluna dəstək verəcək.

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə start verildi

Süni intellekt əsaslı analitik alətlər vasitəsilə çağırışların coğrafi paylanması, intensivliyi və əhalinin sıxlığı təhlil edilərək briqadaların optimal yerləşdirilməsi, resurslardan səmərəli istifadə və yeni təcili tibbi yardım briqada və məntəqələrinin yaradılmasına başlanılmışdır. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücüləri naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar. Çağırış ünvanları avtomatik olaraq naviqasiya sisteminə ötürüləcək və optimal hərəkət marşrutunun müəyyənləşdirilməsi mümkün olacaq. Bu yenilik briqadaların hadisə yerinə daha sürətli çatmasına şərait yaradacaq. Qeyd olunmalıdır ki, sahə üzrə ən uğurlu xarici təcrübələrin öyrənilməsi və tətbiqi üçün beynəlxalq ekspertlərin cəlbi və əməkdaşlıq layihələrinin icrası da yaxın günlərdə nəzərdə tutulur.

Təcili tibbi yardımda yeni çağırış idarəetmə sisteminin tətbiqinə başlanılır

TƏBİB-də rəqəmsal texnologiyaların tətbiqi üzrə görülən hazırlıq işlərinə dair yekun iclas keçirilib. İclasda yeni çağırış idarəetmə sisteminin tətbiqinə hazırlıq vəziyyəti, texnoloji həllərin funksionallığı, görülmüş işlərin nəticələri və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunub. Təcili tibbi yardım heyətinin peşəkar hazırlığının gücləndirilməsi məqsədilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində davamlı təlimlərin təşkili, eləcə də təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər çağırış edən vətəndaşlara ilkin yardım üzrə təlimatların göndərilməsi xidmətin keyfiyyətinin daha da artırılmasına xidmət edəcək. Həyata keçirilən geniş transformasiya tədbirləri çağırışların qəbulundan hadisə yerində tibbi yardımın göstərilməsinədək bütün proseslərin daha effektiv idarə olunmasına, operativ koordinasiyanın gücləndirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, nəticədə vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək.

Paylaş

Xəbər lenti

160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48 Kosmosda yadplanetli həyatın izlərini aşkarlayan yeni test hazırlanıb Bu gün, 13:48 Küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə I oxunuşda qəbul edilib Bu gün, 13:48 Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı Bu gün, 13:48 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu Bu gün, 13:48 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Bu gün, 13:48 Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub Bu gün, 12:48 Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq Bu gün, 12:48 Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ Bu gün, 12:48 Azərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA Bu gün, 12:48 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib Bu gün, 12:48 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək Bu gün, 12:48 Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb Bu gün, 12:48 Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib Bu gün, 12:48 Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi Bu gün, 12:48 AQTA sədri: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir" Bu gün, 12:48 Simonyan: "Bakı ilə Kərki barədə danışıqlar aparırıq" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR