
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” üzrə müzakirələr davam edir.
"AVESTA.AZ"un məlumatına görə, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.
"Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı - red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir".
İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc da Ombudsman Səbinə Əliyevanın komitənin iclasında iştirak etməsi ilə bağlı təklifi dəstəkləyib. Komitə sədrinin sözlərinə görə, Səbinə Əliyevanın iclaslarda, belə görüşlərdə iştirakı yalnız fayda verə bilər:
"Daha sistemli müzakirələr apara bilərik".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsi Milli Məclisə daxil olub.
"AVESTA.AZ"un xəbərinə görə, sənəd parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədin qanunverici orqanın plenar iclasına tövsiyə olunması nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.