Bu gün, 11:48 84

ARDNF-in aktivləri 74 milyard dollardır

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 % çoxdur.

AVESTA.AZ bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, o cümlədən neft-qaz gəliri 8 milyard 740,6 milyon manat, idarəetmə gəliri isə 3 milyard 600,7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681,2 milyon manat olub. Qurumun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar xərci isə 1 milyard 874 milyon manat təşkil edib.

9 ay ərzində ARDNF mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 570,6 milyon manat, "Şahdəniz" yatağından isə 565,1 milyon manat vəsait daxil olub.

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2,2 milyon manat, idarəetməyə isə 25,5 milyon manat xərcləyib.

"III rübdə davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalıb. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olub. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilib, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib.

Rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirib və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artıb. Dövlət borclanması ilə bağlı narahatlıqlar, yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir edib.

Rüb ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləyib. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilib, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olub. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurub, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləyib.

Rüb ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilib. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib, lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişib", - deyə məlumatda deyilir.

Paylaş

Xəbər lenti

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48 "Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım" Bu gün, 12:48 Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" Bu gün, 12:48 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir Bu gün, 12:48 Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub Bu gün, 12:48 Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır" Bu gün, 12:48 "Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb Bu gün, 12:48 Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır" Bu gün, 12:48 Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi Bu gün, 12:48 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək Bu gün, 11:48 Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir" Bu gün, 11:48 Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu Bu gün, 11:48 Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür Bu gün, 11:48 Sevda Yahyayevanın qayınanası: "O mənim qızımdır" Bu gün, 11:48 "Borussiya Dortmund"dan Bakı Olimpiya Stadionu ilə bağlı məzəli paylaşım Bu gün, 11:48 ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 11:48 ARDNF-in aktivləri 74 milyard dollardır Bu gün, 11:48 Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm" Bu gün, 11:48 Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram" Bu gün, 11:48 ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib Bu gün, 11:48 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi Bu gün, 11:48 Qonaqlara iylənmiş ətdən yemək verən şadlıq sarayı ilə bağlı qərar verildi Bu gün, 11:48 "Kupça"sız evə bu yolla sənəd almaq olar Bu gün, 10:48 Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib Bu gün, 10:48 Məşhur meyxanaçı vəfat etdi Bu gün, 10:48 Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası Bu gün, 10:48 XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir" Bu gün, 10:48 Donald Tramp: "Paris tezliklə müsəlman şəhərinə çevriləcək" Bu gün, 10:48 Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI Bu gün, 10:48 Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var Bu gün, 10:48 Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı Bu gün, 10:48 Uşaq meydançasında təhlükəli çökmə Bu gün, 09:48 Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı Bu gün, 09:48 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar Bu gün, 09:48 Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib Bu gün, 09:48 DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib Bu gün, 09:48 Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir Bu gün, 09:48 Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR Bu gün, 08:48 Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var Bu gün, 08:48 "Sabah" Bakıda "Borussiya Dortmund"la qarşılaşacaq Bu gün, 08:48 "Kızılcık şerbeti"ndən uzaqlaşdırıldı Bu gün, 08:48 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama Bu gün, 08:48 Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR