
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mərhumun yaxınları onun vəfatı ilə bağlı məlumat yayıblar.
V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.