
Abşeron rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Novxanı yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Süleyman Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.