19-04-2023, 15:39 671

Azərbaycanda ikinci əl ehtiyat hissələrinə tələbatı necə azaltmaq olar?

Son illər Azərbaycanda ekoloji tarazlığın, "yaşıl infrastrukturun" qurulması istiqamətində bir sıra addımlar atılmaqdadır. Qarabağın "yaşıl enerji" zonası elan edilməsi, elektrik enejrisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması da bu addımların bariz nümunəsidir. Bir neçə il əvvəl imzalanmış Paris razılaşmasına görə də, Azərbaycan 2050-ci ilə qədər havaya atılan karbon qazının miqdarını 50 %-dək azaltmağı öhdəlik kimi götürüb.

Ötən ayın 29-da Nazirlər Kabinetinin istehsal ili 10 ildən çox olan avtonəqliyyat vasitələrinin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı sərəncamı da bu istiqamətdə atılan addımlardır. Rəsmi məlumatlara görə, hazırda istehsal ili 10 ildən çox olan nəqliyyat vasitələri Azərbaycanın ümumi avtomobil bazarının 80 %-dən çoxunu təşkil edir.

Avtomobil parkının köhnəliyi ölkəyə gətirilən ehtiyat hissələrinin də həcminə təsir edir. Dövlət Gömrük Komitəsinin də rəsmi açıqlamasında göstərilir ki, 2023-cü ilin birinci rübündə ölkəyə idxal edilən ehtiyat hissələrinə çəkilən xərc 50 %-dən çox artıb.

Avtomobil üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, ölkəmizə idxal olunan nəqliyyat vasitələri ehtiyat hissələrinin həcminin və ona çəkilən xərcin artmasının səbəbi Azərbaycanın avtomobil bazarının genişlənməsidir.

Ekspert idxal edilən hissələrin böyük qisminin mütəmadi dəyişməyə ehtiyac olan qulluq vasitələridir:

“Son illər ölkəmizdə dünyanın müxtəlif aparıcı avtomobil istehsalçılarının yeni modelləri gətirilir. Hətta Çindən yeni markaların da ölkəmizə gətirilməsinin şahidi oluruq. Təbii ki, yeni marka və modellərin gətirilməsi ehtiyat hissələrinin də artmasına səbəb olur.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, təəssüf ki, Azərbaycanın avtomobil parkında köhnə avtomobillər üstünlük təşkil edir. Nəticədə ehtiyat hissələrinə də tələb artır. Əgər artan ehtiyat hissələrinin seqmentlərinə fikir versək görərik ki, burada əsasən təkər şinləri, filtrlər, alışdırıcı şamlar, texniki qulluq zamanı mütəmadi dəyişən ehtiyat hissələri üstünlük təşkil edir.

Bir məsələni də nəzərə almaq lazımdır ki, dünya bazarında ehtiyat hissələrinin qiymətində yüksəlmə baş verir. Bu isə Azərbaycanın idxalında özünü göstərir. Xüsusən də idxal xərclərinin faiz nisbətində bunu daha çox görmək olar. Hesab edirəm ki, bu ilin sonuna qədər həmin göstərici 20 % təşkil edə bilər”.

Avtomobillərin ehtiyat hissələri üzrə ekspert Vüsal Şirməmmədov isə hesab edir ki, Azərbaycan avtomobil bazarında ili köhnə nəqliyyat vasitələrinin çoxluq təşkil etməsi ehtiyat hissələrinə tələbatın artmasına səbəb olur:

“Hazırda ölkə ərazisində ili 2013-cü ildən aşağı olan və ehtiyat hissələrinə zərurət duyan avtomobillərin sayı kifayət qədərdir. Bir müddət öncə biz ölkənin avtomobil ehtiyat hissələri bazarı ilə bağlı araşdırma aparmışdıq. Təxmini hesablamalara görə, ehtiyat hissələrinin təxminən 40 %-ə qədəri 2013-cü ilin altındadır. Onların da böyük əksəriyyəti 2005-ci ildən köhnə ehtiyat hissələridir.

Nazirlər Kabinetinin istehsal ili 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı qərarının həm avtomobil sektoruna, həm də ehtiyat hissələri bazarına təsiri böyük olacaq. Amma mən düşünürəm ki, bu təsiri biz ən yaxşı halda 2-3 il sonra hiss edəcəyik".

Bunun səbəbinə gəlincə isə ekspert qeyd edib ki, son illərdə Azərbaycan bazarına Koreya və Çindən gələn avtomobillər daha geniş ayaq açmaqdadır: "Əgər 4-5 il qabaq ölkədə “Mercedes Benz” markalı avtomobillər əsas mövqe tuturdu, son illər “Kia” və “Hyundai” markalarının hökmranlıq eləməyə başlayıb. Həmçinin Yaponiyanın “Toyota Prius” markası bazarımızda geniş yayılıb. Statistikaya da baxsaq görərik ki, bu tipli avtomobillərin idxalının artması yeni avtomobillərin sayının çoxalması kimi görünür. Belə görünə bilər ki, yeni avtomobillərin bazara daxil olması hesabına ehtiyat hissələrinin yenilənməsinə ehtiyac qalmayacaq və onların idxalı sürətlə azalacaq. Əslində isə “Kia”, “Hyundai” və bu tipli avtomobillərin qiymətləri kifayət qədər ucuzdur və onların keyfiyyət göstəriciləri də aşağıdır”.

Ekspert hesab edir ki, ölkədə utilizasiya prosesinin başlaması Azərbaycandakı avtomobil bazarının tez bir zamanda yenilənməsinə səbəb olacaq:

“Nazirlər Kabinetinin qərarının tez bir zamanda təsir etməsi üçün ölkə daxilində paralel olaraq utilizasiya prosesi getməlidir. Hesab edirəm ki, 1990-2000-ci illər arasında olan avtomobillər tamamilə isitismardan çıxarılmalıdır. Məhz bazardakı ehtiyat hissələrin 25-30 %-i bu avtomobillərin payına düşür.

Əgər dövlət utilizasiya və bu kimi təsir vasitələrini işə salsa biz Nazirlər Kabinetinin məlum sərəncamının təsirini tez bir zamanda hiss edə biləcəyik”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 609 milyon 091,14 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,5 % çoxdur.

Paylaş

Xəbər lenti

272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR