
Bakının Nizami rayonunda 21 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"AVESTA.AZ"un məlumatına görə, 2002-ci il təvəllüdlü Məmmədov Rövşən Cuma oğlunun idarə etdiyi motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır .
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.