30-04-2023, 00:00 554

ADNA-da terror aktı törədilməsindən 14 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

"AVESTA.AZ" xəbər verir ki, terror hadisəsindən 14 il ötür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

"AVESTA.AZ" terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladır:

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü

Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü

Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr:

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü

Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü

Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

və Akademiyaya süd məhsulları gətirən:

Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü

Yaralananların siyahısı:

İsayev Kənan

Mustafa Məhəmməd

Rüstəmbəyov Faiq

Şirəliyev İlkin Azər oğlu (1989-cu il)

Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)

Axundov Rəhman

Cəmiyev Elvin Azər oğlu (1989-cu il)

Hüseyinli Zemfira

Daas Muavviyyə (Suriya)

Seyidəhməd Əmru.

Paylaş

Xəbər lenti

Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu Dünən, 23:48 Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb Dünən, 23:48 "The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir Dünən, 23:48 Metsamor AES təmirdən sonra işini bərpa edib Dünən, 23:48 Gürcüstanlı jurnalist və bloqerlər Xankəndiyə səfər ediblər Dünən, 22:48 ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı Dünən, 22:48 "Sabah" basketbol komandası yoxlama oyununda "London Lions"a məğlub olub Dünən, 22:48 Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir Dünən, 22:48 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 21:48 İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub Dünən, 21:48 Maşınlar ucuz qiymətə satışa çıxarıldı - "Volkswagen Passat" 5 625 AZN Dünən, 21:48 "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək Dünən, 21:48 "ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Dünən, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Dünən, 20:48 Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb Dünən, 20:48 Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı Dünən, 20:48 Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb Dünən, 20:48 Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir Dünən, 20:48 Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub Dünən, 19:48 İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub Dünən, 19:48 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Dünən, 19:48 Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq Dünən, 19:48 Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK Dünən, 19:48 Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub Dünən, 18:48 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək Dünən, 18:48 Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 ING: Azərbaycan CIS-4 ölkələri arasında ən dayanıqlı makroiqtisadi nəticələr göstərir Dünən, 18:48 Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDILAR - Polisdən daha bir uğurlu əməliyyat Dünən, 18:48 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ Dünən, 18:48 Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Dünən, 18:48 Maştağada qızı qaçıran gənc polis maşınını görüb qaçarkən qəza törətdi Dünən, 17:48 Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında Dünən, 17:48 ABŞ-da 104 illik market şəbəkəsi 60 mağazanı bağlayır Dünən, 17:48 İranda ABŞ-nin hücumu nəticəsində 6 hərbçi öldürülüb Dünən, 17:48 Hakim vətəndaşın evini əlindən alır? - "10 gün vaxt verib ki, buranı boşaldın" Dünən, 17:48 Trablusda neft çənlərinə PUA ilə hücum edildi Dünən, 17:48 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib Dünən, 17:48 Vahid məktəbli kitabçası niyə yoxdur? "Valideynlərə də zərərdir, bizə də, tullayırıq" Dünən, 17:48 Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub Dünən, 16:48 Həyat yoldaşını avtomobildən düşürən sürücüyə "qab yuma" tapşırığı verildi Dünən, 16:48 Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır Dünən, 16:48 Bişkekdə qapalı qapılar arxasında Putinlə Paşinyan arasında nə baş verdi? Dünən, 16:48 Avqustda 70 aptekdə yoxlama aparılıb – 19-da nöqsan aşkarlanıb Dünən, 16:48 76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər Dünən, 16:48 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ Dünən, 16:48 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi Dünən, 16:48 Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI Dünən, 16:48 Kadi 3 oyunluq cəzalandırılıb - SƏBƏB Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR