
Ağsuda avtomobil qəzası baş verib, xəsarət alanlar var.
"AVESTA.AZ"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “QAZ-31” markalı avtomobil “Mercedes”lə toqquşub.
Hadisə nəticəsində Göyçay rayon İnçə kənd sakini, 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar. Ə.Mehdiyevin vəziyyətinin ağır olduğu bildirirlər.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.