Dünən, 12:48 96

Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar?

Süni intellekt məhsulları və rəqəmsal transformasiya üzrə Aparıcı Məhsul sahibi və ekspert, Aİ əsaslı bilixhub.com platformasının həmtəsisçisi və təlimçi.

Bir neçə il əvvəl şirkətlər üçün əsas sual "Süni intellektdən istifadə etməliyikmi?" idi. Bu gün bu sual artıq köhnəlib. Yeni sual budur: Süni intellekt (Sİ) şirkətin hansı hissəsini ilk olaraq dəyişdirəcək? 2025-ci ildə McKinsey sorğusuna görə şirkətlərin 88%-i ən azı bir funksiyada Sİ-dən istifadə edir. Amma çoxu hələ bunu təşkilat miqyasında tətbiq etməyib. Yəni bazar "Sİ-ni sınamaqdan" "şirkəti Sİ ilə yenidən qurmağa" keçir.

Fərq sadədir: əməkdaşa Sİ köməkçisi vermək rəqəmsallaşmadır. Müştəri xidməti, satış, qərarvermə və məhsul yaradılması proseslərini Sİ ətrafında yenidən qurmaq isə transformasiyadır.

Ən böyük dəyişiklik əməliyyat proseslərindədir.

Məsələn, Lumen Technologies-də satış əməkdaşının görüşə hazırlıq müddəti generativ Sİ vasitəsilə 4 saatdan 15 dəqiqəyə enib. Şirkət bunun illik təxminən 50 milyon dollar dəyər yarada biləcəyini hesablayıb. Burada vacib məqam insanın sıradan çıxması deyil, əməkdaşın vaxtının daha aşağı dəyər yaradan işlərdən daha yüksək dəyər yaradan fəaliyyətlərə yönəldilməsidir.

İkinci dəyişiklik müştəri təcrübəsində olacaq.

Əgər əvvəllər çatbot dedikdə müştərinin suallarını cavablandıran interaktiv söhbət interfeysini nəzərdə tuturduqsa, yeni nəsil Sİ müştərinin kontekstini anlayaraq onun problemini həll etməyə fokuslanır.

Klarna-nın Sİ köməkçisi ilk ayda 2,3 milyon söhbət aparıb və müştəri xidmətləri üzrə yazışmaların təxminən üçdə ikisini idarə edib. Təkrar müraciətlər 25% azalıb, problemin həlli müddəti isə 11 dəqiqədən 2 dəqiqədən də aşağı səviyyəyə enib.

Üçüncü və çox maraqlı dəyişiklik məhsul və biznes modelində olacaq.

Walmart-ın Sİ əsaslı marşrutların optimallaşdırılması sistemi 30 milyon lazımsız milin qət edilməsinin və 94 milyon funt CO₂ emissiyasının qarşısını almağa kömək edib. Şirkət daha sonra daxili səmərəlilik məqsədilə hazırladığı bu aləti kommersiya məhsuluna çevirərək digər şirkətlərə təqdim etməyə başlayıb.

Dördüncü və bəlkə də ən həssas dəyişiklik insan resurslarındadır.

"Süni intellekt insanları əvəz edəcəkmi?" sualı çox səslənir. Artıq ilk nəticələr görünür: Microsoft, Accenture və "Fortune 100" siyahısına daxil olan başqa bir şirkətdə proqramçılar üzərində aparılan araşdırmada Sİ əsaslı kodlaşdırma köməkçisindən istifadə imkanı məhsuldarlığı orta hesabla 26% artırıb, daha az təcrübəli əməkdaşlarda isə təsir daha böyük olub.

Bu nəticə göstərir ki, daha az təcrübəli əməkdaşı Sİ ilə əvəz etmək qısamüddətli qənaət yaratsa da, şirkətin gələcək ekspert bazasını zəiflədə bilər. Daha məqsədəuyğun strategiya insan və Sİ-nin birgə fəaliyyət göstərdiyi komanda modelini qurmaqdır.

Gələcəyin ən dəyərli əməkdaşı isə sadəcə Sİ-dən istifadə edə bilən deyil, Sİ-nin nə zaman səhv edə biləcəyini anlayan insandır.

Və məncə, son dəyişiklik idarəetmədədir.

İnkişaf davam etdikcə, baş icraçı direktor, hüquq, risk, insan resursları və informasiya təhlükəsizliyi komandalarının eyni masada oturması lazım gələcək. Hansı məlumat Sİ-yə verilə bilər? Hansı qərarı Sİ təkbaşına verə bilməz? Cavabların məsuliyyəti kimdədir? Model səhv etdikdə kim müdaxilə edir?

Bu suallar artıq nəzəri deyil. Avropa İttifaqının Sİ Aktının əsas müddəalarının böyük hissəsi 2 avqust 2026-cı ildən tətbiq olunur. NIST və OECD də şirkətlər üçün etibarlı, təhlükəsiz və məsuliyyətli Sİ idarəetməsi üzrə çərçivələr təqdim edir. Azərbaycan da bu mərhələyə daxil olur. Ölkədə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib və Sİ üzrə milli standartların formalaşdırılmasına başlanılıb.

Bəs Azərbaycan şirkəti bu gün nə etməlidir?

İlk addım, təbii ki, "Sİ şöbəsi yaratmaq" deyil. İlk addım şirkətdə ən çox vaxt, maliyyə və insan resursu tələb edən, yaxud itki yaradan prosesləri müəyyənləşdirməkdir. Sonra həmin proses üçün konkret göstərici müəyyən edilməlidir: məsələn, "45 dəqiqəlik prosesi 10 dəqiqəyə endirmək". Yalnız bundan sonra uyğun texnologiyanın seçilməsi məqsədəuyğundur. Çünki tələb olunan dəyəri bəzi hallarda Sİ modelindən istifadə etmədən də daha az xərclə əldə etmək mümkündür.

Ümumiyyətlə, Sİ tətbiqindən əvvəl şirkətin rəqəmsal transformasiyasının və məlumatların idarə edilməsi üzrə dönüşümünün sağlam şəkildə həyata keçirilməsi vacibdir; məncə, bu, hətta zəruri şərtdir. Məhz bu baza şirkəti Sİ transformasiyasına hazır edir.

Gələcəkdə şirkətlər "neçə Sİ alətimiz var?" sualına görə deyil, "Sİ bizə nə qədər əlavə dəyər yaratdı?" sualının cavabına görə fərqlənəcəklər.

Süni intellekt insanları yox, şirkətləri dəyişdirəcək. Çox güman ki, gələcəyin qalibi ən çox Sİ-dən istifadə edən deyil, Sİ vasitəsilə özünü ən yaxşı şəkildə yenidən qura bilən şirkət olacaq.

Paylaş

Xəbər lenti

Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48 Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb Dünən, 22:48 Rusiyada səfərbərliklə bağlı açıqlama Dünən, 21:48 Masazırda duz yığımı dayanıb? Dünən, 21:48 Məktəblər açılır, virus təhlükəsi artır: uşaqları necə qoruyaq? Dünən, 21:48 Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü Dünən, 21:48 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub Dünən, 21:48 İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Dünən, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Dünən, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Dünən, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Dünən, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Dünən, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Dünən, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Dünən, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Dünən, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Dünən, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Dünən, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Dünən, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Dünən, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Dünən, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Dünən, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Dünən, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Dünən, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Dünən, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Dünən, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Dünən, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Dünən, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Dünən, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Dünən, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Dünən, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Dünən, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Dünən, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Dünən, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Dünən, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Dünən, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR