
Dağıstanda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
"Report" TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
"Dağıstanın Kizlyar rayonunun Koxanovka kəndi yaxınlığında R-217 federal yolunda Moskvadan Xasavyurt istiqamətində hərəkətdə olan minik avtomobili ilə sərnişin avtobusu toqquşub. Hazırda 16 nəfərin yaralandığı, 9 nəfərin öldüyü məlumdur", - deyə məlumatda bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.