21-06-2023, 21:24 676

“Nine Senses”də Beynəlxalq Yoqa Günü və yay gündönümü qeyd edilib

Bu gün “Nine Senses” incəsənət mərkəzində Beynəlxalq Yoqa Günü və yay gündönümünə həsr olunmuş tədbir keçirilib.

"Report" Media.az-a istinadən xəbər verir ki, mərkəz əməkdaşları həm böyüklər, həm də uşaqların rəqs vasitəsilə növbəti yarım il üçün niyyətlərini formalaşdırması, arzular tutması məqsədilə qonaqları sözün əsl mənasında müxtəlif yoqa üslubları dünyasına səyahətə dəvət ediblər.

Mərkəzin akademik direktoru Natalya Jukova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilmə tarixinin təsadüfi seçilmədiyini, 21 iyun tarixinin təkcə yay gündönümü deyil, həm də Beynəlxalq Yoqa Günü olduğunu qeyd edib.

“Bu, ilin ən uzun günüdür və Kainatın bütün enerjisi Yerə yönəlib. Biz yerin, məhsuldarlığın və günəşin bu enerji axınlarını hiss edirik. Ona görə də məhz bu tarixdə yoqa günü qeyd olunur: insan özünü dərk edir və Kainatın mərkəzindən keçən həyatı yaşadığını hiss edir”, - o qeyd edib.

N.Jukovanın sözlərinə görə, “Nine Senses” incəsənət mərkəzi məhz elə insanların burada öz daxili hisslərini tapması üçün yaradılıb.
“Bu məqsədlə bizdə meditasiya, yoqa, rəqs terapiyası, bədən tərbiyəsi kimi müxtəlif sahələr var... Bu, həm də bizim mərkəzimiz üçün bayramdır (gülür). Müxtəlif yoqa növlərini, o cümlədən səs yoqası, improvizasiya ilə əlaqəli bədən praktikasını mənimsəməyə kömək edən gözəl müəllimlərimiz var. Hindistandan olan yoq Nandan Qautam klassik yoqanı öyrədir və bu gün o, biliklərini pulsuz paylaşır”, - o deyib.

N.Jukova qeyd edib ki, bu gün mərkəzdə günəşlə əlaqə təcrübəsi vasitəsilə Ay günü qeyd edilir. Bunun üçün psixoloq, astroloq, bədən terapevti, həmçinin psixosomatika (bədən vasitəsilə xəstəliklərin səbəbləri haqqında məlumatların verildiyi sahə) ilə məşğul olan Qalina Xmelevskaya dəvət edilib.

“Bu gün o, günəşə həsr olunmuş ritual keçirir və özünün müəllifi olduğu meditasiyasını bölüşür. Sonra Şakti qadın praktikası (bu, potensialın açılması və təzahürü üçün şüuru genişləndirmək məqsədi daşıyan məşqdir - red.) dərsi keçiriləcək. Bu praktika qadınların bir dairədə dayanaraq nümayiş etdirdikləri orqanik hərəkətlərdən ibarətdir. Eyni zamanda mərkəzə çiçəklər və meyvələr qoyulur. Tədbir ümumi meditasiya ilə başa çatır, axşam isə bu günü İlhamə Babayeva və DJ Ləmanla birlikdə rəqslə - “Ecstatic Dance” ilə qeyd edəcəyik. İlhamə bədəndə səsin titrəməsi ilə işləyir. Bu an biz özümüzü bu dünyada təzahür etdiririk. Beləliklə, istəklərimizi və məqsədlərimizi azad etmiş oluruq, çünki bu anda bütün portallar açıqdır, günəş parlayır və bolluğunu bizimlə bölüşür”, - N.Jukova bildirib.

Qeyd edək ki, “Ecstatic Dance” rəqqasların bəzən müəyyən addımlar atmaq məcburiyyətində qalmadan ritmə tabe olduqları və musiqinin sədaları altında sərbəst hərəkət etdikləri rəqs formasıdır ki, bu da transa və ekstaz hissinə səbəb olur.

N.Jukova bu bayram günündə “Nine Senses” incəsənət mərkəzinə firavanlıq arzuladığını izah edib: “O, elə işləyir ki, insanlar öz daxili yaradıcılarını üzə çıxarsınlar, öz bədənləri ilə şüurlu birlik yaratsınlar. İnsanlar başa düşməlidirlər ki, bədən bizlərin – nəhəng, gözəl, işıqlı varlıqların kiçik bir hissəsidir”.

O, həmçinin əlavə edib ki, yoqada “namaste” (Hindistan və Nepalda salamlamadır, “namah” – təzim, “te” – sənə sözlərindən yaranıb) işarəsindən istifadə edilməsi təsadüfi deyil. “Namaste jest kimi iki ovucun bədən qarşısında birləşməsini özündə ehtiva edir, o, dini hərəkət deyil və “mən də səninlə eyniyəm” deməkdir”, - N.Jukova vurğulayıb.

Praktikalardan keçmək, yoqa praktikasında qurunu şəxsən izləmək maraqlı idi.

İlk mentor “Artistic Yoga” praktikasını nümayiş etdirən Nandan Qautam olub. “Report”a açıqlamasında N.Qautam qeyd edib ki, Beynəlxalq Yoqa Günü insanların gündəlik olaraq etməli olduqlarına diqqət yönəltmək üçün yaxşı fürsətdir: “Sizə sadə bir misal deyim. Analar gününü qeyd edəndə onlara gül veririk. Amma bu, heç də o demək deyil ki, yalnız bayramlarda onlara gül verməliyik. Bu cür hərəkətlər hər gün edilməlidir”.

Onun sözlərinə görə, yoqada insan ona ən yaxın olana diqqət yetirir ki, bu da onun bədəni, düşüncələri, nəfəsidir.

“Yoqa rəqs deyil, öyrənməli olduğumuz bir predmet deyil, o, müəyyən mənada sənətdir. Buna görə də Beynəlxalq Yoqa Günü özünüzü xatırlatmaq üçün bir fürsətdir. “Nine Senses” mərkəzi isə bunun həyata keçirilməsi üçün bütün imkanları təmin edir”, - o deyib.

Uşaq yoqa qrupuna isə Aqşin Hüseynov rəhbərlik edib. O, ölkəmizdə uşaqlar üçün bu qədim təcrübənin çox zəif inkişaf etməsindən təəssüfləndiyini bildirib.

“Mən bunu müəyyən sayda uşağa öyrədirəm. Ancaq başa düşməlisiniz ki, yoqa hər bir uşağın inkişafı üçün lazımdır. Müasir uşaqlar telefon və planşetlərdə çox vaxt keçirirlər, boş vaxtlarında oxuyurlar. Onlara düzgün fiziki fəaliyyət lazımdır. Yoqa isə onları hər cür xəsarətlərdən sığortalayacaq. Bundan əlavə, yoqa uşağa öz bədənini hiss etmək, onu sevmək və ona qulluq etmək imkanı verir. Bu, ona özünəinam verir. Yoqa həm emosional, həm də fiziki sağlamlıqdır”, - həmsöhbətimiz bildirib.

A.Hüseynov əmindir ki, valideynlər yoqanın nə olduğunu başa düşəndə onlar övladlarının bununla məşğul olmağa başlamasında maraqlı olacaqlar. “Nine Senses”də belə dərslər bu gözəl təcrübə ilə tanış olmaq və onu Azərbaycanda populyarlaşdırmaq üçün əla fürsətdir”, - A.Hüseynov fikrini yekunlaşdırıb.

Astroloq və psixoloq Qalina Xmelevskaya müəllif meditasiyası ilə təcrübəsini bölüşüb. O, sənət mərkəzinin hər qonağına doğum tarixləri ilə bağlı fərdi tövsiyələr verib ki, onlar Şakti günəşini yüksəltmək üçün hansı hərəkətlərin lazım olduğunu başa düşə bilsinlər.
Q.Xmelevskayanın fikrincə, günəş sağlamlıq, güc, cəsarət, cəmiyyətdə özünü ifadə etmək, özünü bəyan etmək, məqsədlərinə çatmaq bacarığıdır.

“21 iyun yay gündönümünün qeyd edildiyi ilin dörd mühüm günündən biridir. Belə günlərdə biz həmişə ilin aralıq yekunlarına nəzər salırıq. Bu, istəklərimizi və niyyətlərimizi həyata keçirə biləcəyimiz intensiv enerji günləridir. Çünki kosmosun və kainatın bütün enerjisi bizə güc verir və istəklərimizi işə salır. Buna görə də, bu günlərdə mənəvi təcrübələr aparmaq vacibdir.

Bu gün günəşin enerjisi aktivdir, ona görə də belə günlərdə enerjinizi yüksəltmək vacibdir. Mən özüm müxtəlif təcrübələr və meditasiyalar yaradıram, onlardan bəzilərini bu gün qonaqlarımız üçün mərkəzdə nümayiş etdirmişəm”, - Q.Xmelevskaya bildirib.

Qeyd edək ki, yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzi olan “Nine Senses” Xəzər dənizinin sahilində yerləşən atmosfer məkanıdır. Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz və harmonik ictimai məkan yaratmaqdır. Burada hər kəsin daxilində yaradıcı və əyləncəli ruhun ortaya çıxmasına inanırlar.










Paylaş

Xəbər lenti

Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi Bu gün, 00:48 Azərbaycanda quzu əti bahalaşdı Dünən, 23:48 Ermənistan ordusunun hərbi qulluqçusu öldü Dünən, 23:48 Venesuelada ABŞ-nin hərbi bazası yaradıla bilər Dünən, 23:48 ABŞ üç ölkə ilə müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə edəcək Dünən, 23:48 Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır Dünən, 23:48 "Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb Dünən, 23:48 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı Dünən, 22:48 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib Dünən, 22:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir Dünən, 22:48 Putin: Rusiya birbaşa hücuma bütün mümkün vasitələrlə cavab verəcək Dünən, 22:48 Gəncədə avtomobil aşıb, xəsarət alanlar var Dünən, 22:48 Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 22:48 "Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq Dünən, 21:48 Sürücülərin nəzərinə: Bu yol bağlanır Dünən, 21:48 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar Dünən, 21:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 176 mindən çox mənzil... Dünən, 21:48 "Haber Global": "Birliyin Gücü - 2026" birgə hərbi təlimi uğurla başa çatdı" Dünən, 21:48 Bakının ən bahalı ünvanları: Şok qiymətlər Dünən, 20:48 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır Dünən, 20:48 İran neft bazarında şok: Tankerlər boş qaldı Dünən, 20:48 Onlayn kreditlərlə bağlı vacib addım - Yeni qərar nələri dəyişəcək? Dünən, 20:48 Yeni binalar istilik sisteminə necə qoşula bilər? - RƏSMİ Dünən, 20:48 Azərbaycanın U-17 qızları yenə böyükhesablı məğlubiyyətlə üzləşib Dünən, 20:48 Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub Dünən, 19:48 Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb Dünən, 19:48 Bakıdan Şamaxıya işləməyə gedən müəllimə: "İlk dəfə gələndə ağladım" Dünən, 19:48 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı Dünən, 19:48 Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ Dünən, 19:48 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 18:48 Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? Dünən, 18:48 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib Dünən, 18:48 Bu deputatın mandatı ləğv edildi Dünən, 18:48 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" Dünən, 18:48 Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb Dünən, 18:48 Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB Dünən, 18:48 Bakı–Tbilisi–Bakı qatarı ilə bağlı ŞAD XƏBƏR - Həm ucuzlaşdı, həm də... Dünən, 17:49 Ötən ay Azərbaycanda havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün yuxarı olub Dünən, 17:48 SOCAR-ın iştirakı ilə yeni şirkət yaradılıb Dünən, 17:48 Fıstığın yaşlı insanlar üçün inanılmaz faydası üzə çıxıb Dünən, 17:48 Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimində yekun mərhələ Dünən, 17:48 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır Dünən, 17:48 Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var Dünən, 16:48 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar? Dünən, 16:48 Xırdalanda avtomobil qadını vuraraq öldürüb Dünən, 16:48 Daha bir yolda mikromobillik zolağı təşkil olundu Dünən, 16:48 Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək - Kimlər imtahan verməyəcək? Dünən, 16:48 Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR