19-06-2022, 17:30 910

Zəfər Kubokunun qalibi bəlli oldu

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçirilib.

Avesta xəbər verir ki, mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov da qatılıblar.

Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Həlledici oyunda "Xocavəndə" 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub.

Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə təşkil olunub.

Paylaş

Xəbər lenti

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu Dünən, 23:48 Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur Dünən, 23:48 Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim" Dünən, 23:48 Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI Dünən, 23:48 Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Dünən, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Dünən, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Dünən, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Dünən, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Dünən, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Dünən, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Dünən, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Dünən, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Dünən, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Dünən, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Dünən, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Dünən, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Dünən, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Dünən, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Dünən, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Dünən, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Dünən, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Dünən, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Dünən, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Dünən, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Dünən, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Dünən, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Dünən, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Dünən, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Dünən, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Dünən, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Dünən, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Dünən, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Dünən, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Dünən, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Dünən, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Dünən, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Dünən, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Dünən, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Dünən, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Dünən, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Dünən, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Dünən, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Dünən, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Dünən, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Dünən, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Dünən, 14:48 Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR