
Liviyada parlament və prezident seçkiləri gələn ilin mart ayının ortalarından gec olmayaraq keçirilməlidir.
"AVESTA.AZ" Əl-Hədəs telekanalına istinadən xəbər verir ki, bu barədə Liviyanın Ali Dövlət Şurasının rəhbəri Xalid əl-Mişri deyib.
"Ölkədə seçkilərin keçirilməsi üçün son tarix martın ortasıdır", - əl-Mişri bildirib.
Qeyd edək ki, mayın sonunda Ali Dövlət Şurası və Nümayəndələr Palatasının nümayəndələrinin daxil olduğu “altı üstəgəl altı” koalisiyasının birgə komitəsi ölkədə ümumi seçkilərin vaxtı ilə bağlı konsensus əldə edib. Daha sonra komitə bu ilin dekabrında parlament seçkilərinin, 2024-cü ilin yanvarında isə prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.