14-07-2023, 21:45 587

Napoleondan ibrət dərsi almayan Makronun uğursuz başa çatan

Aprelin 17-də Fransa Prezident Emmanuel Makronun etirazlar və pensiya yaşını yüksəltmək üzrə qeyri-populyar planları fonunda özünə verdiyi 100 gün başa çatmaq üzrədir. Son hadisələr göstərir ki, Makronun "uzaqgörən" planı heç də özünü doğrultmayıb.

"AVESTA.AZ" xəbər verir ki, bunu Makronun həmin “100 gün” ərzində məqsədlərinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün keçirilən ictimai rəy sorğuları təsdiq edir.

Belə ki, “Le Figaro” qəzetinin “Odoxa”-“Backbone” şirkətləri vasitəsilə apardığı sorğunun iyulun 13-də elan edilən nəticələri onu deməyə əsas verir ki, Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması Makron hakimiyyətinin sonunu yaxınlaşdırır.

Bir tərəfdən də Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir. Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər.

“Le Figaro” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların 78 %-i E.Makronun öz məqsədlərinə çatmadığını düşünür. 81 %-i ədalət və asayiş məsələsində az və ya ümumiyyətlə irəliləyişin olmadığını hesab edir. Təxminən eyni göstəricilər milli təhsil sahəsində inkişaf (80 %), səhiyyə sisteminin yaxşılaşdırılması (79 %) və əmək şərtlərinin və əmək haqqının yaxşılaşdırılması (76 %) istiqamətlərində də olub.

Respondentlər, həmçinin hökumətdən də narazı olduqlarını bildiriblər. Belə ki, onların 65 %-i dövlət başçısının Baş naziri dəyişməli olduğunu düşünür. Qeyd edək ki, ötən il bu göstərici 57 % idi.

Fransızlar həmçinin, ölkənin daxili işlər naziri (46 %), səhiyyə naziri (46 %), əmək naziri (46 %), ədliyyə naziri (51 %), milli təhsil naziri (58 %), eləcə də həmrəy və sosial iqtisadiyyat məsələlərinə məsul dövlət katibinin (59 %) uzaqlaşdırılmasının tərəfdarıdır.

Belə olan halda Fransa dövlət və hökumət orqanlarında yaxın vaxtlarda dəyişikliklərin olacağı qaçılmazdır. Apreldə ölkəni sakitləşdirmək üçün özünə "100 gün" vaxt verən Makron görünür ki, tarixdən ibrət dərsi almaq istəmir. Buna görə də o, 100 günün tamamında Napoleon kimi öz siyasi taleyi ilə barışmalıdır.

Qeyd edək ki, 1815-ci ildə Vaterloo döyüşündə Napoleon ordusu tamamilə darmadağın edildikdən sonra imperator müttəfiqlər tərəfindən Elba adasına sürgünə göndərilir. Lakin o, Elba adasından qaçaraq Fransaya gəlir və 100 gün yenidən hakimiyyətdə olur. Lakin ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleonu ingilis-niderland-alman qüvvələri məğlub edir.

Paylaş

Xəbər lenti

Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48 Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir Dünən, 22:48 ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib Dünən, 21:48 Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib Dünən, 21:48 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Dünən, 21:48 NYT: Trampın Qrenlandiya ilə bağlı bəyanatı ada sakinlərində çaşqınlıq yaradıb Dünən, 21:48 Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü Dünən, 20:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb Dünən, 20:48 Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Dünən, 20:48 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Dünən, 19:48 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı Dünən, 19:48 Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı Dünən, 19:48 CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib Dünən, 19:48 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Dünən, 18:48 Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? Dünən, 18:48 Bilgəhdə 2 nəfər dənizdə batıb Dünən, 18:48 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq" Dünən, 18:48 Şahməddin Abdullayevə vəzifə verildi Dünən, 18:48 Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Dünən, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Dünən, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Dünən, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Dünən, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Dünən, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Dünən, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Dünən, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Dünən, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Dünən, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Dünən, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Dünən, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Dünən, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Dünən, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Dünən, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Dünən, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR