16-08-2023, 12:42 603

“Cəfər Cabbarlı” metrostansiyasında bu ilin sonuna qədər əsas inşaat işləri başa çatdırılacaq.

“AVESTA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Gələn il platforma səviyyəsində son tamamlama, yəni üzlük işləri və infrastrukturun qurulması ilə bağlı digər işlər aparılacaq. Daha sonra vestibül səviyyəsində və “28 May” stansiyasına keçid səviyyəsində təmir-bərpa işlərinə başlanılacaq. Görüləcək işlərin həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.

10:12

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının I yolunda əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsinə başlanılıb.

"AVESTA.AZ" xəbər verir ki, söküntü işləri tam yekunlaşmasa da, yararsız konstruktiv elementlər bərpa olunmaqdadır.

Sərnişin qalereyasının (paylama zalı) tavanında axıntılar ləğv edilib, tübinq örtüyü təmizlənərək, korroziya əleyhinə boya ilə rənglənib. Orada və stansiya yolunda qrunt sularının istiqamətləndirilməsi üçün paylama zalı və yol tuneli divarlarında novçalar quraşdırılıb. Qrunt suları elastik borularla tavandan novçalara, oradan isə drenaj sisteminə yönləndirilir.

Yararsız hala düşmək üzrə olan sərnişin platforması sökülüb. Möhkəmlənmiş konstruksiyalar üzərində yeni monolit dəmir-beton platforma tikilib və beton örtüyü hamarlanıb. Stansiya yoluna keçid xarakterli 6 pilondan 4-ü yenidən qurulub. Pilon divarları möhkəmləndirilir və bu iş başa çatdıqdan sonra divarların arxasına sement məhlulu vurulacaq. Hazırda platformaaltı sahədə rabitə, işarəvermə və elektrik kabellərinin atılması üçün kronşteynlər quraşdırılır, döşəmənin yeni betonu hamarlanır. Stansiyanın yol divarının qranitlə üzlənməsi üçün hazırlıq işləri başa çatdırılıb, divar betonlanıb, müvafiq konstruksiya qurulub.

Təmirin sonrakı dövründə platforma üzərindəki növbətçi otaq sökülərək yenilənəcək. Sağlamlaşdırma tədbirləri çərçivəsində stansiya və dalan istiqamətində tunel birləşmələrində (diafraqma) gücləndirmə işləri aparılacaq. Orta zalda tübinq bəndləri möhkəmləndiriləcək. "Cəfər Cabbarlı-Xətai" I tunel yolunun 100 m hissəsində tunel köynəyinin (çuqun tübinqin) gücləndirilməsi də planlaşdırılır.

"Xətai" stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 m yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.

Stansiya yolunda təsərrüfat qatarlarının hərəkəti üçün yolun üst quruluş elementləri müvəqqəti quraşdırılıb. Platformada aparılan işlər başa çatdıqdan sonra yol əsaslı şəkildə qurulacaq. Yeni yolda müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində müasir üstquruluş elementləri, o cümlədən "Vossloh UTS-300" rels bəndləyiciləri tətbiq ediləcək.

Plana uyğun olaraq, daha sonra işlər "28 May" stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə aparılacaq.

Paylaş

Xəbər lenti

Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var Bu gün, 17:48 Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var Bu gün, 17:48 Göygöl rayonuna dolu düşüb - Faktiki hava Bu gün, 17:48 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi Bu gün, 17:48 Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 17:48 DİN Daxili Qoşunlarının hərbi qulluqçusu: "Tək istəyimiz tapşırığı nəyin bahasına olursa-olsun icra etmək idi" Bu gün, 17:48 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Bu gün, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Bu gün, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Bu gün, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Bu gün, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Bu gün, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Bu gün, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Bu gün, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Bu gün, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Bu gün, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Bu gün, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Bu gün, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Bu gün, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Bu gün, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR