
"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub.
"Report" xəbər verir ki, "qırmızı-qaralar" birinci mərhələdə Macarıstanın "Puşkaş Akademiya"sı ilə üz-üzə gələcək.
Cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə görüşəcək.
Əyalət təmsilçisi ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı oktyabrın 25-də səfərdə olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.