
Hacıqabul rayonunda baş verən yol qəzasında iki nəfər ölüb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.