19-09-2023, 12:54 494

Naxçıvanda ilk dəfə 66 müəllim müddətli müqavilə əsasında işlə təmin olunub

2018-ci ildən bu günədək müəllimlərin işə qəbul müsabiqəsində (MİQ) yüksək nəticə göstərən gənclərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, 2023-2024-cü tədris ili üçün də Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən MİQ-ə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb, elan olunan vakansiyaya 1352 kadr qeydiyyatdan keçib.

3-14 iyul tarixlərində keçirilən MİQ imtahanında 966 namizəd keçid balını toplayıb, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayıb. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün MİQ imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, İngilis, Rus, Alman dili, İbtidai sinif, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə müəllimliyi olmaqla 138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Qeyd edək ki, həmin yerlər 2024-2025-ci tədris ilində keçiriləcək MİQ imtahanında vakansiyaya çıxarılacaq.

Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.

Paylaş

Xəbər lenti

Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48 Qaxda ağır qəza: Yaralılar var Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Dünən, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Dünən, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Dünən, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Dünən, 21:48 SOCAR neftçiləri təbrik edib Dünən, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Dünən, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Dünən, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Dünən, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Dünən, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Dünən, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Dünən, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Dünən, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Dünən, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Dünən, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Dünən, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Dünən, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Dünən, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Dünən, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Dünən, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Dünən, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Dünən, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Dünən, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Dünən, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Dünən, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Dünən, 17:48 Nizami rayonunda kanalizasiya problemi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR