
Astarada torpaq sürüşməsi olub, 10 ev üçün təhlükəli yaranıb.
“AVESTA.AZ”un cənub bürosunun məlumatına görə, Astaranın Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.
Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıblar. Əraziyə yaxınlaşmaq qadağan olunub. Çünki sürüşmə hələ də davam edir. Hazırda ağır texnikalar cəlb olunmaqla Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.