
İsrailin mərkəzində hava hücumu siqnalları işə salınıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin ordu rəhbərliyindən bildirilib.
Qeyd olunub ki, əhaliyə mümkün raket hücumları barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.