1-11-2023, 11:52 607

Prezident İlham Əliyev Pakistan Quru Qoşunlarının komandanını qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxundu.

Dövlətimizin başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq, Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd etdi.

Prezident İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi. Qonaq Pakistanın Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə kimi tanımadığını bir daha vurğuladı.

Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirdi.

10:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

"AVESTA.AZ"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Paylaş

Xəbər lenti

"Haber Global": 44 gündə yazılan dastan Bu gün, 00:48 Şuşanın azad olunmasından altı il ötür Bu gün, 00:48 Azərbaycanın Zəfər Günündən 6 il ötür Bu gün, 00:48 Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır Bu gün, 00:48 Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu Dünən, 23:48 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər Dünən, 23:48 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub Dünən, 23:48 Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı Dünən, 23:48 Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı Dünən, 22:48 Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib Dünən, 22:48 Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib Dünən, 22:48 Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub Dünən, 22:48 Türkiyədə TIR mikroavtobusla toqquşdu: 7 nəfər öldü Dünən, 22:48 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 21:48 Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib Dünən, 21:48 Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib Dünən, 21:48 Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib Dünən, 20:48 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Britaniya səfiri: Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir Dünən, 20:48 Azərbaycanlı məşqçilər 47-ci "Tennis Europe" Məşqçilər Konfransında iştirak ediblər! Dünən, 20:48 İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! Dünən, 20:48 Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək? Dünən, 20:48 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir? Dünən, 19:48 "ASAN xidmət"in ixrac coğrafiyasına yeni ölkələr daxil olur Dünən, 19:48 Ermənistan TRIPP layihəsi çərçivəsində İrana qarşı addımlar atmayacağını açıqladı Dünən, 19:48 "Haber Global" 8 Noyabr - Zəfər günü ilə əlaqədar videoçarx təqdim edib Dünən, 19:48 Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər Dünən, 19:48 58 yaşlı kişini maşın vurub öldürdü Dünən, 18:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı Dünən, 18:48 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb Dünən, 18:48 "Euronews": Bakıdakı AIREX sərgisi daşınmaz əmlakın inkişafına müxtəlif yanaşmaları təqdim edib Dünən, 18:48 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq Dünən, 18:48 XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir Dünən, 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 18:48 Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Dünən, 17:48 Novxanıda maşın aşıb Dünən, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Dünən, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Dünən, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Dünən, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Dünən, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Dünən, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Dünən, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Dünən, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Dünən, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Dünən, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Dünən, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Dünən, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR