6-11-2023, 00:14 858

Avropa ilə Asiya arasında körpü rolu oynaması Azərbaycana “yaşıl ticarət”i inkişaf etdirməyə imkan verir

Son illər Azərbaycanın Çin ilə iqtisadi əməkdaşlığı genişlənərək bütün sahələrdə nəzərəçarpacaq inkişafa səbəb olub. Azərbaycan ilk dövrdən Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin iki ölkə arasında əlaqələri gücləndirən və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Azərbaycan bu təşəbbüsün əsas istiqamətlərindən biri olan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir.

"AVESTA.AZ" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunun “Qlobal ekoloji sivilizasiyanın qurulması üçün yaşıl investisiya və ticarətin inkişaf etdirilməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin birgə səyləri sayəsində iki ölkə arasında siyasi dialoq və ənənəvi dostluq möhkəmlənir, dövlətlərarası münasibətlər inkişaf edir, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir.

Yaşıl transformasiya prosesinə öz töhfəsini verən Azərbaycanın zəngin təbii resurslara, coğrafi mövqeyinə görə nadir məkanda yerləşdiyini bildirən Baş nazirin müavini əlavə edib ki, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynaması ölkəmizə “yaşıl ticarət”i inkişaf etdirməyə imkan verir.

Azərbaycanın 2030-cu ilədək alternativ və bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcmini 30 faizə çatdırmaqda qərarlı olduğunu bildirən Ş.Mustafayev işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası” konsepsiyası formatında bərpa edildiyini, həmin ərazilərdə ən müasir texnologiya və konsepsiyaların, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsərrüfatı” və “yaşıl enerji”nin tətbiq olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, bu sahə artıq Azərbaycanda xarici investisiyaların əsas mənbəyinə çevrilib. O, Azərbaycandakı “yaşıl enerji” layihələrində Çin şirkətləri ilə uğurlu əməkdaşlıq qurulduğunu deyib.

Ş.Mustafayev diqqətə çatdırıb ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Sazişə əsasən Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq.

Çinin Kommersiya Nazirliyinin, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), təşkilatın İnkişaf Proqramının birgə təşkil etdiyi plenar iclasda Çinin kommersiya nazirinin müavini Lin Ci, UNCTAD-ın baş katibi Rebeka Qrinspan, bir neçə ölkənin yüksək vəzifəli rəsmiləri də çıxış edərək, iqtisadi inkişaf ilə ətraf mühitin dayanıqlığının balansının qorunmasının beynəlxalq ictimaiyyətin ortaq missiyası olduğunu bildirib, “yaşıl inkişaf” məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Paylaş

Xəbər lenti

ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48 BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər Dünən, 23:48 Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır Dünən, 23:48 Bank kartları ilə bağlı VACİB AÇIQLAMA – Müştərilərə xəbərdarlıq Dünən, 22:48 Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək Dünən, 22:48 Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal Dünən, 22:48 Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib Dünən, 22:48 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək Dünən, 22:48 "Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib Dünən, 22:48 Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi Dünən, 22:48 Trampın BMT-dəki çıxışı İranda QALMAQAL YARADIB: Heyət zalı tərk edib, bir nəfər qalıb... Dünən, 22:48 Şair Ramaldanov: Ermənistanın qeyri-konstruktiv mövqeyi antiterror əməliyyatına gətirib çıxardı Dünən, 21:48 AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub Dünən, 21:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib Dünən, 21:48 Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan Dünən, 21:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib Dünən, 21:48 Neftçalada küləyin sürəti 25 m/s-yə çatır - FAKTİKİ HAVA Dünən, 20:48 Bakıdan Tbilisiyə Kürmük məbədi ilə bağlı SƏRT MESAJ Dünən, 20:48 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib Dünən, 20:48 Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol Dünən, 20:48 Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb Dünən, 20:48 Türkiyənin "Adriana Lima"sı saxlanıldı Dünən, 20:48 AIIF 2026-da Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Dünən, 20:48 Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub Dünən, 19:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi Dünən, 19:48 Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı Dünən, 19:48 Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü Dünən, 19:48 Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı Dünən, 18:48 Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR? Dünən, 18:48 Strateji valyuta ehtiyatlarımız neçə aylıq idxalı qarşılaya bilər? - AMB sədri AÇIQLADI Dünən, 18:48 Bakıda hazırda bir sıra yollarda sıxlıq var - SİYAHI Dünən, 18:48 Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub Dünən, 18:48 Ət məhsullarında bahalaşma - Xaricdən idxal nə üçün qiyməti ucuzlaşdırmır? Dünən, 18:48 Ağstafada avtoqəza olub, xəsarət alanlar var Dünən, 18:48 XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Dünən, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Dünən, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Dünən, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Dünən, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Dünən, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Dünən, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Dünən, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Dünən, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Dünən, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR