25-08-2022, 18:00 745

Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qonşularla münasibətlərin normal səviyyədə olmasıdır. Biz keçən il Şuşa Bəyannaməsi nəticəsində qardaş Türkiyə ilə müttəfiq olduq. Qərb qonşularımızdan biri, Gürcüstanla münasibətlərimiz həmişə olduğu kimi bu gün də yaxşıdır. Şimal qonşumuz Rusiya ilə münasibətlər yaxşıdır. Həmçinin Vətən müharibəsindəki qələbədən, torpaqlarımızı azad etdikdən sonra bu gün Ermənistana sülh təklif edir, münasibətlərimizin normallaşmasına çalışırıq. Ermənistan istisna olmaqla adıçəkilən dövlətlər də Azərbaycanla münasibətlərdə maraqlıdırlar. Çünki müasir dövrdə rəsmi Bakı əsas regional aktorlardandır.

Buna baxmayaraq, cənub qonşumuz İran uzun illərdir ki, Azərbaycana qarşı birmənalı mövqe sərgiləmir. Müxtəlif rəsmilər, o cümlədən ölkə rəhbərliyi ayrı-ayrı vaxtlarda Bakı ilə bağlı konstruktiv bəyanatlar səsləndirsələr də, əməldə başqa ritorika nümayiş etdiriblər. Bu, İran fars rejiminin ikiüzlülüyünün ən bariz nümunəsidir.

Çox uzağa getməyə ehtiyac yoxdur: 2020-ci ildəki Vətən müharibəsi zamanı İranın proseslərə yanaşması oradakı fars rejimi haqqında hər cür tənqidə əsas yaradır. 44 günlük savaşda və ondan əvvəlki dövrdə - döyüşlər ərəfəsində Tehran intensiv formada erməni tərəfini silahlandırmaqda idi. Eyni zamanda bir sıra dövlətlər İran vasitəsilə Ermənistanı silahlandırırdı. Fars rejimi isə buna nəinki göz yumur, hətta şərait yaradırdı. Əlbəttə, istəsə, etiraz edə, hava məkanını da, quru yolunu da silah təminatı üçün bağlaya bilərdi. Lakin istəmir, əksinə, silahların keçməsinə yardım edirdi.

Həmin vaxtlarda İran rəsmiləri bu məsələni təkzib edirdilər. Lakin yayılan kadrlar göstərirdi ki, dürüstlük, ləyaqət Tehranın xarici siyasətinə qəti şəkildə ziddir.

İranın daim Ermənistanı silahlandırması nə Azərbaycanla qonşuluğa, nə də din birliyinə-İslam həmrəyliyinə uyğundur. Deməli, İran üçün müqəddəs heç nə yoxdur. Hətta bir çox hallarda fars rejiminin dindən manipulyasiya vasitəsi kimi istifadə etdiyini də desək, yanılmarıq. Bununla bağlı da onlarca misal çəkmək olar.

Müharibədən bir müddət sonra, 2021-ci ildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın həmin vaxtkı XİN başçısı Ara Ayvazyanla görüşündə Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu söyləmişdi. Beləliklə, İranın regionla bağlı siyasəti bir daha ortaya çıxmışdı. Bundan sonra Tehranın Bakı haqqında “dost” sözünü işlətməsi, əlbəttə, həm absurd, həm də gülünc, həm də ikiüzlülükdür.

2021-ci ilin iyun ayında İranda prezident seçkiləri keçirilərkən yeni hökumətin Azərbaycana münasibətinin, nəhayət, dəyişəcəyinə ümid edənlər var idi. Lakin belə olmadı.

Görünür, İran üçün bu regional siyasət hakimiyyət yox, tarixilik məsələsidir. Yəni hakimiyyətə kim gəlirsə, gəlsin Tehran düzələn deyil. Necə gəlibsə, elə də gedəcək: riyakar, ləyaqətsiz, ikiüzlü...

Əslində, İranın Ermənistana dəstəyi son illərdə yox, 90-cı illərin sonunda - SSRİ parçalandıqdan sonra başlayıb. İrəvanın zəhərli ilan kimi baş qaldırmasının əsas səbəblərindən biri də məhz bu idi. Təəssüflə deməliyik ki, Tehran həmişə Bakıya qarşı İrəvan “kart”ından istifadə etməyə çalışıb.

Öz doğma müsəlman qardaşlarının məhv edilməsi üçün qeyri-dindən olan ölkəyə yardım edən dövlət öz vətəndaşlarına qarşı da ayrı-seçkilik edir, orada azərbaycanlıları daim sıxışdırmaqda davam edir, həmvətənlərimizin hüquqlarını pozur. Sanki 1925-ci ilə - Pəhləvi sülaləsi hakimiyyətə gələnə qədər ölkəni Azərbaycan türkləri idarə etməyiblər!

Bu gün İranda azərbaycanlılara qarşı neqativ münasibət isə bizi narahat etməyə bilməz. Çünki oradakı soydaşlarımız dünyadakı 50 milyon azərbaycanlının əhəmiyyətli hissəsidir. Biz bütün təzyiqlərə rəğmən, tariximizə sahib çıxır və faktların saxtalaşdırılmasını istəmirik. İrana da bunu təklif edirik. Çünki regionda yeni reallıqları Azərbaycan və Türkiyənin diktə etdiyi, dünya ölkələrinin Bakı ilə münasibətlərin inkişafına çalışdığı bir vaxtda İranın riyakar siyasəti bumeranq effekti verə bilər. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

P.S. Fars şovinistləri Cənubi Azərbaycandakı soydaşlarımızla bağlı neqativ addım atarkən heç vaxt unutmamalıdır ki, İrandakl inqilablar adətən Təbrizdən başlayır...

Paylaş

Xəbər lenti

Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA Bu gün, 00:48 Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib Bu gün, 00:48 2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar Bu gün, 00:48 Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib Dünən, 23:48 Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb Dünən, 23:48 Faciəli şəkildə həlak olan gəmi kapitanının atası: "Bir gün öncə zəng etmişdi..." Dünən, 23:48 İrançılıq düşüncəsinin paradoksları Dünən, 23:48 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı Dünən, 23:48 Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb Dünən, 22:48 Şəhidimizin adını daşıyan gəmidə dron hücumu nəticəsində yaralanan azərbaycanlının atası danışdı Dünən, 22:48 Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə... Dünən, 22:48 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər Dünən, 22:48 Bakıda böyük tıxac hökm sürür Dünən, 21:48 Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək Dünən, 21:48 Azərbaycanda un məhsulları bahalaşacaq? Dünən, 21:48 Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ Dünən, 21:48 Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib Dünən, 21:48 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Dünən, 21:48 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi Dünən, 20:48 Bu məktəbin direktoru vəfat etdi Dünən, 20:48 İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi Dünən, 20:48 Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib Dünən, 20:48 102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik Dünən, 20:48 Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Ali məktəblərdə dövlət sifarişi üzrə bəzi yerlər niyə boş qalıb? Dünən, 19:48 Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi Dünən, 19:48 "Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir Dünən, 19:48 "Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr Dünən, 19:48 Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Dünən, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Dünən, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Dünən, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Dünən, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Dünən, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Dünən, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Dünən, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Dünən, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Dünən, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Dünən, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Dünən, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Dünən, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Dünən, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Dünən, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Dünən, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Dünən, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Dünən, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Dünən, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Dünən, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR