
Hindistanın cənubundakı Kerala ştatında konsert zamanı yaranan izdiham nəticəsində 4 tələbə ölüb, daha 60 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə NDTV telekanalı ştatın səhiyyə naziri Vin Corcuya istinadən məlumat yayıb.
İzdiham Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən konsertdə yaranıb. Tədbirə 2 mindən çox insan toplaşıb.
Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.