
Norveçin Olesund şəhəri yaxınlığındakı fyordda iki yük gəmisi ilə neft tankerinin toqquşması baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə nəticəsində hər üç gəmi zədələnib. Gəmilərdən birində sızma aşkar edilib.
Toqquşma zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Dənizçilər təhlükəsizlik məqsədilə gəmilərdən təxliyə olunublar.
İlkin qiymətləndirmələrə görə, hadisə ətraf mühitə ciddi ziyan vurmayıb. Müvafiq qurumlar mümkün ekoloji nəticələri araşdırırlar.
Məlumata görə, gəmilər Niderland, Farer adaları və Norveçdən yola düşüblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.