
Türkiyənin Kocaeli şəhərində logistika şirkətlərinin birinə məxsus anbarda güclü yanğın olub.
Bu barədə “AVESTA.AZ” Türkiyə KİV-nə istinadən xəbər verir.
Bildirilib ki, logistika şirkətinə məxsus 16-sı bağlı olmaqla, ümumilikdə 21 hektar ərazidə kimyəvi maddələrin və tezalışan materialların saxlandığı anbarda saat 04:00-dan etibarən güclü yanğın baş verib.
Əraziyə 47 texnika və 132 canlı qüvvə cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.