9-12-2023, 22:07 784

Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə - Ləmbəli kəndi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə Ləmbəli kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqlimi, adət-ənənələri, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ləmbəli Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noyemberyan) rayonunda kənddir və rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir. Əsasən Ayvazdar, Mürşüdlü tayfaları ilə tanınan bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü məkandır.

Qeyd olunub ki, erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila/pala (bəli) sözlərinin birləşməsindən əmələ gəlib və relyeflə bağlı yaranan toponimdir. Qışı mülayim-orta, yayı nisbətən isti olur.

Diqqətə çatdırılıb ki, azərbaycanlıların yığcam yaşadığı Ləmbəli kəndində Tona çayı üzərində körpü tağları mövcud olub. Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılıb.

Məlumat verilib ki, kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşayıb. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulublar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıdıblar. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1 034 nəfər, 1939-cu ildə 1 289 azərbaycanlı yaşayıb.

1948-1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülüb. Ləmbəlilər bu haqsızlığa qarşı çıxaraq, apardıqları mübarizə nəticəsində onlar geri - öz kəndlərinə qayıdıblar. 1988-ci ildə azərbaycanlılar tam qovularaq kənddə ermənilər yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 9-da saat 19:30-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq Bu gün, 19:48 Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək" Bu gün, 19:48 Üç rayonda yeni peşə liseyləri TİKİLƏCƏK Bu gün, 19:48 AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır Bu gün, 19:48 Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia Bu gün, 19:48 46 ildir işləyən aktrisa 44 000 lirə pensiyaya etiraz etdi Bu gün, 18:48 Bakının hansı küçələrində tıxac var? Bu gün, 18:48 "Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub Bu gün, 18:48 XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq Bu gün, 18:48 Toğrul Xəlilova yüksək vəzifə verildi Bu gün, 17:48 Tıxacdan şikayətlənən Xalq artisti: "1 saat 23 dəqiqə tərpənmədən qalmaq..." Bu gün, 17:48 Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb Bu gün, 17:48 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir Bu gün, 17:48 Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək Bu gün, 17:48 Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb Bu gün, 17:48 45 yaşlı Adriana Lima bu səbəbdən 25 yaşındakı kimi görünür Bu gün, 17:48 Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər" Bu gün, 17:48 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı Bu gün, 17:48 16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək Bu gün, 17:48 Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR