
"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər.
"Qaradağ-Lökbatan"ın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.