Bu gün, 13:48 62

500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.

İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır və İkram Qasımovlar, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunublar.

Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.

Səbinə Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sankisya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.

Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.

Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzvlərinə və digər qohumlarına məxsus təqribən yüz milyonlarla manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.

100-ə yaxın "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib.

Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.

Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.

Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda "Bahadırın bankı" kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.

Paylaş

Xəbər lenti

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48 DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48 Prezident: Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir Bu gün, 12:48 "Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb Bu gün, 12:48 Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI Bu gün, 12:48 Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib Bu gün, 12:48 İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir Bu gün, 12:48 Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım Bu gün, 11:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI Bu gün, 11:48 "Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib Bu gün, 11:48 Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur" Bu gün, 11:48 Bakıda tozlu hava neçə gün davam edəcək? Bu gün, 11:48 Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb? Bu gün, 11:48 Aygün Kazımovanın məktəb illərinə aid fotoları yayıldı Bu gün, 11:48 Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı" Bu gün, 11:48 3-cü kurs tələbəsi əməliyyatda öldü Bu gün, 10:48 Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ Bu gün, 10:48 Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub Bu gün, 10:48 Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Bu gün, 10:48 6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı Bu gün, 10:48 Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi Bu gün, 10:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı Bu gün, 10:48 Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb Bu gün, 10:48 "Formula-1"ə görə Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır Bu gün, 10:48 21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" Bu gün, 09:48 Ukraynada fədakarlıq göstərən azərbaycanlılar: Biri Ali Radanın medalını aldı, digəri ölümdən döndü Bu gün, 09:48 Qaradağda yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi Bu gün, 09:48 Qərbi Azərbaycan İcmasında Alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb Bu gün, 09:48 "Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib Bu gün, 09:48 Bakıda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR